Artıq çəkili və piylənməyə meyilli insanlar sərinləşdirici içkilər içməlidirmi?

Tərkibində kalori olan qida və içki məhsullarının normadan artıq qəbulu kökəlmə və piylənməyə səbəb olur. Digər qida məhsullarında olduğu kimi, tərkibində kalori olan içkilərin də qədərində istifadəsinə diqqət yetirmək lazımdır.

Piylənmə ilə bağlı ətraflı məlumat almaq üçün həkimə müraciət etməyiniz tövsiyə olunur.

İnsanlar istehsal etdiyimiz içki məhsullarının dadından zövq alırlar. Amma onlar eyni zamanda qəbul etdikləri kalorinin miqdarını azaltmağa çalışırlar.

Biz istehlakçılarımıza tərkibində az miqdarda şəkər və kalori olan, həmçinin şəkərsiz və kalorisiz müxtəlif çeşidli içkilər (məsələn, Coca‑Cola Şəkərsiz) təklif edirik. Bu səbəbdən bəzi içkilərimiz kiçik ölçülü qablaşdırmalarda istehsal olunur.

Biz istehlakçılarımızın rahat seçim edə bilməsi üçün onları istehsal etdiyimiz bütün içki məhsullarının tərkibi ilə bağlı daim məlumatlandırırıq.