Coca-cola.az İstifadə qaydaları
Aşağıda göstərilən şərtlər və tələblər, habelə bu Saytla ( daha sonra "Sayt" adlandırılacaq), internetlə və ya dünya şəbəkəsi ilə münasibətdə tətbiq olunan istənilən qanunlar və qanunvericilik aktları bu Saytın bütün istifadəçilərinə şamil olunur. "AZӘRBAYCAN COCA COLA BOTTLERS LİMİTED" MMC (Bundan sonra "Şirkət" adlandırılacaq) sizin şəxsi əyləncə maraqlarınızı təmin etmək, informasiya əldə etmək və ünsiyyət yaratmaq məqsədilə bu Saytı yaradır və ona xidmət göstərir. Lakin Saytdan istifadə edərkən istifadəçi Şirkətin yazılı icazəsi olmadan ictimai və ya kommersiya məqsədləri üçün, Saytın məzmununu, o cümlədən mətnləri, təsvirləri, audio və video materialları dəyişə, göndərə, təkrar istifadə edə, dərc edə və ya başqa yolla istifadə edə bilməz. Sayta daxil olma və Saytdan istifadə hazırkı istifadə şərtləri (daha sonra "İstifadə şərtləri" adlandırılacaq), həmçinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir. Sayta daxil olub ondan istifadə edərkən İstifadəçi qeyd-şərtsiz və istisnasız olaraq bu “İstifadə şərtlərini” tam şəkildə qəbul etmiş hesab olunur. İstifadə şərtləri
1. Bu Saytdan yalnız Azərbaycan Respublikası rezidentləri istifadə edə bilərlər. İstifadəçi bilməlidir ki, bu Saytda gördüyü və ya oxuduğu bütün materiallar müəllif hüquqları ilə qorunur, əgər başqa şərt nəzərdə tutulmayıbsa, bu "İstifadə şərtləri" və ya Saytın mətni ilə nəzərdə tutulan hallar istisna olmaqla, Şirkətin yazılı icazəsi olmadan istifadə oluna bilməzlər. Şirkət bəyan edir ki, İstifadəçinin Saytda yerləşdirilən materiallardan istifadə etməsi üçüncü şəxslərin hüquqlarının pozulmasına zəmanət vermir.
2. Saytda yerləşdirilən adamların və yerlərin təsvirləri də Şirkətin mülkiyyəti hesab olunur və Şirkətin icazəsi olmadan istifadə oluna bilməzlər. Əgər bu İstifadə şərtlərində başqa xüsusi şərt və ya Saytda xüsusi icazə nəzərdə tutulmayıbsa, bu cür təsvirlərdən istifadəçinin və ya onun səlahiyyətli nümayəndəsinin istifadə etməsi qadağandır. Təsvirlərdən icazəsiz istifadə müəllif hüquqlarını, mal nişanları hüquqlarının, məxfiliyinin qorunub saxlanması hüququnu, intellektual mülkiyyət hüququnu, kommunikasiya sahəsində mövcud qərarları və qanunları poza bilər.
3. İstifadəçilərin elektron poçt və ya başqa yolla Sayta göndərdiyi şəxsi məlumatlar (misal üçün, ad, ünvan, telefon nömrəsi və elektron poçt ünvanı) ilə münasibətdə Şirkət internet-saytlar vasitəsilə əldə olunan informasiya ilə bağlı dərc olunan Məxfilik haqqında Əsasnaməyə uyğun siyasətə riayət edir. Sayta göndərilən suallar, qeydlər, təkliflər və sairə bu kimi bütün başqa məktublar və materiallar məxfi hesab olunmurlar.
4. Şirkət Saytda etibarlı və müasir informasiya yerləşdirməyə cəhd göstərir, lakin Şirkət, bu cür informasiya dəqiqliyini təsdiq edə və ya ona zəmanət verə bilməz. Şirkət Saytın məzmununda olan istənilən səhvlərə və yaxud xətalara görə məsuliyyət daşımır.
5. İstifadəçi bu Sayta öz risqinə əsaslanaraq daxil olur və ondan istifadə edir. Nə Şirkət, nə onun filialları, nə Şirkətin agentlikləri, nə də bu Saytın yaradılmasında, işə salınmasında və fəaliyyət göstərməsində iştirak edən başqa şəxslər Sayt istifadəçiləri qarşısında Saytdan istifadə nəticəsində Sayt istifadəçilərinin üzləşdikləri itkiyə və yaxud ziyana görə məsuliyyət daşımırlar. Şirkətin, onun filiallarının və yaxud bu Saytın yaradılmasında, işə salınmasında və fəaliyyət göstərməsində iştirak edən başqa şəxslərin Sayt istifadəçiləri qarşısında öz öhdəliklərini qəsdən pozmaları nəticəsində Sayt istifadəçilərinə dəyən ziyan və yaxud itkilər məhkəmə ilə sübuta yetirildiyi hallar istisna təşkil edir.
6. Bu "İstifadə şərtləri"nə uyğun olaraq Şirkətin icazəsi ilə İstifadəçi Sayta daxil ola bilər, və şəxsi və qeyri şəxsi kompyuterində, Saytdan götürdüyü məlumatları müəllif hüquqlarının və başqa qorunan hüquqların bütün nişanlarını gözləmək şərtilə, yükləyə və nəzərdən keçirə bilər. Şirkətin sizə yazılı icazə verdiyi hallar istisna olmaqla, bu zaman istifadəçi istənilən xidmətləri və yaxud bütün Saytı və ya onun hissələrinin proqram təminatını, yaxud Saytın təklif etdiyi materialların surətin çıxartmamaq, tirajını təyin etməmək, dəyişməmək, icarəyə götürməmək, icarəyə verməmək borca götürməmək, satmamaq, yaymamaq, uyğunlaşdırmamaq, tərcümə etməmək, öz işlərini (tam və ya qismən) əsasına götürməmək, dekompilyasiya etməmək, hissələrə ayırmamaq və reinjinirinq etməmək üzrə öhdəlik daşıyacaq. Proqram təminatının müəyyən növləri son istifadəçi ilə bağlanan lisenziya sazişi ilə tənzimlənir, hansını ki, istifadəçi yuxarıda adıçəkilən proqram təminatından istifadə etməzdən əvvəl Şirkət ilə bağlamalı olacaqsınız.
7. Şirkət Saytdan istifadə və yaxud istənilən materialların yüklənməsi zamanı istifadəçinin computer avadanlığında və yaxud başqa əmlakını zədələyə biləcək istənilən ziyana və ya virusa görə məsuliyyət daşımır. SAYT VƏ SAYTIN BÜTÜN MATERİALLARI DƏYİŞİLƏ BİLƏR VƏ İSTİFADƏÇİLƏRƏ MÜƏYYƏN MƏQSƏD ÜÇÜN YARARLILIQ TƏMİNATI OLMADAN “OLDUĞU KİMİ” TƏQDİM OLUNA BİLƏR
8. Şirkət Saytda istinad olunan istənilən saytlara nəzarət etmir və üçüncü şəxslərə məxsus olan və yaxud onların idarə etdikləri saytların məzmununa, məxfiliyin qorunub saxlanması və saytların təhlükəsizliyi qaydalarına cavabdeh deyildir.
9. Şirkət zaman-zaman müzakirələrin, forumların, göndərişlərin, qısa məlumatların və bu kimi Saytın başqa materiallarının məzmununun monitorinqini aparır, lakin Şirkət bu cür materialların məzmunu nəticəsində meydana gələn və yaxud Saytda olan bu cür informasiyada əks olunan istənilən səhvlərə, yanlış məlumatlara, xətalara, yanlış bəyanatlara, nalayiq ifadələrə, küfrə, hədələrə və ya qeyri-dəqiqliyə görə məsuliyyət daşımır.
10. İntellektual mülkiyyət hüququnu pozan, hədə, böhtan, pornoqrafik xarakter daşıyan, yoxlanılmamış, yanlışlığa sövq edən, təhqiramiz, nalayiq, skandal, təhrikçi, hörmətsiz materialların və ya Azərbaycan Respublikasının qanunvericiliyini pozan və qanunsuz olan davranışa səbəb olan və yaxud təhrik edən bu kimi başqa materialların yerləşdirilməsu və ya verilməsi üçün Saytdan istifadə etmək qadağandır. Şirkət hüquq-mühafizə orqanlarına tam yardım göstərəcək və yaxud Şirkət bu cür məlumatları və ya materialları yerləşdirən və yaxud ötürən istifadəçinin şəxsi məlumatlarını səlahiyyətli dövlət orqanlarına məlumat vermək öhdəliyi verən istənilən məhkəmə və inzibati aktları yerinə yetirəcək və istənilən vaxt bu cür materialları Saytdan silmək hüququnu özündə saxlayacaq
11. Şirkətin və yaxud əmtəə nişanının müvafiq hüquq sahibinin ilkin yazılı icazəsi olmadan qeydiyyata alınan və yaxud qeydiyyata alınmayan istənilən mal nişanlarından istifadə etmək olmaz.
12. Saytın interaktiv hissələrində (daha sonra "İstifadə Məzmunu" adlandırılacaq) yerləşdirmək istədiyi informasiya və materiallar ilə münasibətdə İstifadəçi Şirkətə və onun Filiallarına müstəsnasız lisenziyanı təmənnasız olaraq aşağıdakılara razılıq verir: (a) yuxarıda adıçəkilən “İstifadə Məzmunu”nu ictimai və ya başqa üsulla istifadəsi, çoxalması, modifikasiyası (o cümlədən qeyri-məhdud redaktə edilməsi, dəyişilməsi, tərcümə edilməsi və format edilməsi), əsas qismində istifadəsi, göndərişi, nümayişi və icrası (o cümlədən bu Məzmuna daxil olan istifadəçinin səsdən və ya təsvirdən qeyri-məhdud istifadə edilməsi), habelə Şirkətin və Filiallarının işgüzar məqsədləri üçün hazırda məlum olan və yaxud gələcəkdə işləniləcək istənilən vasitələr, həmçinin (b) yuxarıdakı hüquqların üçüncü şəxslərə sublisenziya əsasında qeyri-məhdud təhvil verilməsi. Qeyd olunan lisenziyanın fəaliyyət müddəti intellektual fəaliyyətin nəticəsinə əsaslanan müstəsna hüququn fəaliyyət müddətinə müvafiq olmalıdır. İstifadə Məzmununun hər bir elementi ilə münasibətdə İstifadəçi bəyan etməli və zəmanət verir ki, bu bölmədə razılaşdırılan lisenziyaların Şirkətə və yaxud Filiallara təqdim etmək üçün zəruri olan bütün hüquqlara malikdir, həmçinin İstifadə Məzmunu və onun yaradılma və Saytda yerləşdirilmə üsulu Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun gəlir və müəllif hüquqlarını, əmtəə nişanları hüquqlarını, kommersiya sirrini, məxfiliyin qorunub saxlanması hüququnu, intellektual mülkiyyət hüququnu və üçüncü tərəflərin başqa hüquqlarını pozmur.
13. Saytın digər istifadəçiləri burada qeyri-düzgün, yanlışlığa gətirib çıxaran, yalan və yaxud təhqiramiz məlumatları və ya bəyanatları yerləşdirə bilərlər. Şirkət və onun Filialları istifadəçilər və yaxud başqa üçüncü şəxslər tərəfindən verilən fikirlərə, məsləhətlərə, məlumatlara və bəyanatlara görə dəstəkləmir və buna görə heç bir məsuliyyət daşımır. Şirkət və onun Filial şəxsləri Xüsusi materiallar çərçivəsində təqdim olunan informasiyaya və ya materiallara (o cümlədən, lakin məhdudlaşmayaraq, nəşrlərdəki səhvlərə və ya xətalara, məlumatlara və ya profillərinə daxil edilən istinadlara və ya təsvirlərə), həmçinin yuxarıda adıçəkilən materiallardan və informasiyadan istifadə nəticələrinə görə heç bir məsuliyyət daşımır.
14. Bu İstifadə şərtlərində "Filiallar" birbaşa və yaxud dolayı baş Şirkəti, filial Şirkəti, sponsorları və yaxud filial Şirkətləri bildirir və özündə Şirkətin istənilən səlahiyyətli bottlerlərini cəmləşdirir.
15. İstifadəçi Şirkəti, Filialları və Saytın yaradılmasında, işə salınmasında və fəaliyyət göstərməsində iştirak edən bütün başqa tərəfləri, həmçinin onların aidiyyatı direktorlarını, rəhbərlərini, işçilərini, səhmdarlarını, lisenziya sahiblərini və nümayəndələrini aşağıdakı şərtlər nəticəsində yaranan məhkəmə iddialarından, itkilərdən, məsrəflərdən və xərclərdən (o cümlədən, lakin məhdudlaşmayaraq, vəkillərin qanorarı) qorumaq və məsuliyyətdən azad etmək öhdəliyi daşıyacaqdır: (a) Saytdan, xidmətlərdən və yaxud proqram təminatından və ya onunla bağlı fəaliyyətdən istifadə; (b) İstifadəçi və ya istifadəçi hesabına bu İstifadə şərtlərinin pozulması; yaxud (c)Saytın xidmətləri və ya proqram təminatının köməyilə Saytda yayılan və yaxud yerləşdirilən istənilən işin və ya “İstifadə Məzmunu”nun müəllif hüquqlarını, mal nişanlarını, kommersiya sirrini, məxfiliyin qorunması hüququnu, intellektual mülkiyyət hüququnu və ya üçüncü şəxslərin başqa hüquqlarını pozduğunu bəyan edən bəyannamələr.
16. ABŞ-ın ixrac nəzarəti proqram təminatına və bu Saytın başqa materiallarına tətbiq oluna bilər. ABŞ-in ixrac nəzarəti qanunları müəyyən texniki məlumatları və proqram təminatını müəyyən ərazilərə ixrac etməyi qadağan edir. Bu Saytdan proqram təminatını aşağıdakı ölkələrə yükləmək və yaxud ixrac etmək qadağandır: (1) Kuba, Şimali Koreya, İran, Sudan, Suriya (yaxud bu ölkələrin vətəndaşlarına və yaxud daimi sakinlərinə), həmçinin ABŞ-ın embarqo tətbiq etdiyi istənilən başqa ölkələr; (2) yaxud ABŞ-ın Maliyyə Nazirliyinin "Vətəndaşların xüsusi siyahısı" və yaxud ABŞ-ın Ticarət Nazirliyinin "Qadağan olunan sifarişlərin siyahısı"nda sadalanan istənilən şəxslər.
17. Şirkət ilkin xəbərdarlıq olmadan istənilən vaxt bu "İstifadə şərtləri"nə bu sənədin yenilənməsi vasitəsilə əlavə və dəyişikliklər edə bilər. Belə ki, Saytla bağlı təsir şərtləri istifadəçiyə şamil olunduğu üçün, istifadəçi müntəzəm olaraq bu səhifəyə daxil olmalı və İstifadə şərtlərini nəzərdən keçirməlidir. 18. Bu Sayt Azərbaycan Respublikasında yaradılıb və Azərbaycan Respublikası ərazisində yerləşdirilib. Bu İstifadə şərtləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir. Mübahisələrin və ya ziddiyyətlərin meydana gəlməsi təqdirdə, bu cür mübahisələr və ziddiyyətlər Azərbaycan Respublikasının məhkəmələri vasitəsilə həll olunmalıdır.
Əmtəə nişanları
"Coca Cola", "Coke" və "Kontur şüşə" The Coca Cola Company-nin qeydə alınmış əmtəə nişanlarıdır.