Coca‑Cola İstehlakçının Məxfilik Siyasətinə xoş gəlmisiniz

Coca‑Cola şirkəti və onun filialları (birlikdə Coca‑Cola və ya biz) sizin məxfilik hüququnuza çox böyük ciddiyyətlə yanaşır. Şəxsi məlumatlarınızı bizə etibar etdiyinizi yüksək qiymətləndiririk və sizin məxfiliyinizə hörmətlə yanaşmaq sizinlə münasibətimizin əsasını kəsb edir. 

Şəxsi məlumatlar Coca Cola tərəfindən aşağıdakı prinsiplər əsasında emal edilir:

  • Şəffaflıq
  • Hörmət
  • Etibar
  • Ədalətlilik

Qüvvəyə minmə tarixi: 27/06/2024

Coca‑Cola İstehlakçının Məxfilik Siyasəti (Məxfilik Siyasəti) Сoca-Cola şirkətinin veb-saytların, mobil proqramların (Proqramlar), vidjetlər, eləcə də Coca‑Cola şirkətinin idarə etdiyi digər onlayn və oflayn xidmətlərin (birlikdə Xidmətlər) istifadəçilərindən və ya onlar barədə topladığı şəxsi məlumatlar, eləcə də bizim həmin şəxsi məlumatlardan necə istifadə etdiyimiz və onları necə mühafizə etdiyimiz barədə məlumatları təsvir edir. Bu Məxfilik Siyasəti həm də istifadəçilərin öz şəxsi məlumatları ilə bağlı necə seçim edə bilməsi ilə bağlı təfərrüatları izah edir. 

Biz bu Məxfilik Siyasətində şəxsi məlumatlara istinad edərkən (bəzən bəzi qanunlarda buna şəxsi verilənlər kimi də istinad edilir) ayrı-ayrı şəxsləri müəyyən edən və ya müəyyən etmək üçün istifadə edilə biləcək məlumatları nəzərdə tuturuq. Bu, şəxsi məlumatların özündə əsas (ad kimi) və köməkçi müəyyənləşdirici məlumatlar (kompüter və ya mobil cihaz ID-niz, eləcə də IP ünvanınız kimi) ehtiva etməsi deməkdir. Biz sizə və ya istifadəçiyə istinad edərkən Xidmətlərin hər hansı birindən istifadə edən hər hansı bir şəxsi nəzərdə tuturuq. Biz nəzarətçiyə istinad edərkən sizdən və ya sizin barənizdə toplanan şəxsi məlumatları, eləcə də həmin şəxsi məlumatların necə istifadə ediləcəyini və mühafizə olunacağını müəyyən edən şəxs və ya qurumu nəzərdə tuturuq. 

Bizim sizin şəxsi məlumatlarınızı toplama, istifadə etmə və qoruma tərzimiz fəaliyyət göstərdiyimiz yerlərdəki qanunlara cavab verir. Bu isə o deməkdir ki, müxtəlif yerlərdə müxtəlif təcrübələr tətbiq edə bilərik. Daha çox məlumat əldə etmək üçün müəyyən əsas yurisdiksiyalarda sizin hüquq və öhdəlikləriniz barədə əlavə təsvirlər və əlaqə saxlaya biləcəyiniz şəxslərlə bağlı məlumat qeyd edilmiş Məxfilik Hüquqları və Seçimləri bölməsinə baş çəkə bilərsiniz.

COCA-COLA ŞİRKƏTİNİN ŞƏXSİ MƏLUMATLARINIZI EMAL ETMƏ TƏRZİ İLƏ BAĞLI SUALLARINIZ VARSA, PRIVACY@COCA-COLA.COM E-POÇT ÜNVANINA YAZA BİLƏRSİNİZ.

BU MƏXFİLİK SİYASƏTİNDƏ NƏDƏN BƏHS EDİLİR?
Bu Məxfilik Siyasəti aşağıdakı bölmələrdən ibarətdir:

1. BU MƏXFİLİK SİYASƏTİ NƏ ZAMAN TƏTBİQ EDİLİR?

Bu Məxfilik Siyasəti 27/06/2024 cü il tarixində paylaşılıb və yeni istifadəçilər üçün qüvvəyə minib. 

Coca‑Cola şirkətinin məxfilik siyasətlərinin əvvəlki versiyaları  07/07/2024 qədər tətbiq edilir və privacy@coca-cola.com e-poçt ünvanına sorğu göndərməklə əldə edilə bilər.

2. BU MƏXFİLİK SİYASƏTİ HARADA TƏTBİQ EDİLİR?

Xidmətlər bölməsində Məxfilik Siyasəti xüsusi olaraq qeyd edildikdə və ya Coca‑Cola şirkəti sizdən həmin Məxfilik Siyasətini qəbul etməyi tələb etdikdə Məxfilik Siyasəti Məxfilik Siyasətinin paylaşıldığı və ya əlaqələndirildiyi Xidmətlərin istifadəçilərindən toplanmış şəxsi məlumatlarına tətbiq edilir. Bu Məxfilik Siyasəti həmçinin bizimlə e-poçt və telefon vasitəsilə, eləcə də şəxsən görüşlər zamanı oflayn əlaqə saxlayan istehlakçılardan topladığımız şəxsi məlumatları da özündə ehtiva edir.

Bu Məxfilik Siyasəti həmçinin sosial media vasitəsilə bizimlə əlaqə saxlayan istehlakçılar tərəfindən bizə təmin edilmiş şəxsi məlumatlara da tətbiq edilə bilər. Bu Məxfilik Siyasətinin sosial media ilə bağlı hər hansı konkret şəxsi məlumata tətbiq edilib-edilmədiyi ilə bağlı suallarınız varsa, privacy@coca-cola.com e-poçt ünvanı vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz. 

Bu Məxfilik Siyasəti digər təşkilatlar tərəfindən idarə edilən veb-saytlara və digər onlayn xidmətlərə tətbiq edilmir. Həmin digər veb-saytlar və xidmətlərin öz məxfilik siyasətləri var və onlar bu Məxfilik Siyasətinə tabe deyillər. Məlumatlarınızın emal edilmə tərzi ilə bağlı məlumatlı olmaq üçün həmin məxfilik siyasətlərinə də nəzər saldığınızdan əmin olun.

3. COCA-COLA HANSI NÖV ŞƏXSİ MƏLUMATLARI VƏ NƏ ÜÇÜN TOPLAYIR?

a. Bizə təqdim etməyi seçdiyiniz məlumatlar

Biz sizin bizimlə paylaşmağı seçdiyiniz şəxsi məlumatları toplayırıq.

Bizə təqdim etməyi seçdiyiniz şəxsi məlumatlara adətən aşağıdakı növdən olan şəxsi məlumatlar daxil olur. Coca‑Cola şirkətinin topladığı şəxsi məlumat kateqoriyaları və həmin şəxsi məlumatların toplanma səbəbi barədə daha çox məlumat almaq üçün aşağıdakılara baxmağınızı xahiş edirik:

Əlaqə və hesab məlumatları

Coca‑Cola Xidmətlər bölməsində hesab yaratmaq üçün sizdən adınızı və soyadınızı, e-poçt ünvanınızı və/yaxud mobil telefon nömrənizi və doğum tarixinizi soruşur. Biz həm də istifadəçi adı və şifrə, yaş, poçt ünvanı, hökumət tərəfindən verilmiş şəxsiyyət vəsiqəsi və oxşar tipdə olan əlaqə məlumatlarını toplaya bilərik.

  • Hesab yaratmağı seçsəniz, onlayn hesabınızı saxlamaq üçün
  • Müəyyən Xidmətlərlə bağlı şəxsiyyətinizi və istifadə haqqınızı təsdiq etmək üçün
  • Xidmətlərlə bağlı təcrübənizi fərdiləşdirmək üçün
  • Eksklüziv məzmun, endirimlər və digər imkanlara çıxış təmin etmək üçün
  • Hər hansı lotereya, müsabiqə və ya digər promo-aksiya yaxud loyallıq proqramını idarə etmək üçün
  • Alış-verişi tamamlamaq və məhsulları çatdırmaq üçün 
  • Sizi maraqlandıracağını düşündüyümüz məlumatlar göndərmək üçün (bu cür məlumatlar bəzən hesabınızla bağlı məlumatlara əsasən fərdiləşdirilə bilər)
  • Hər hansı yeni bir məhsulla bağlı sorğu vasitəsilə rəyinizi almaq üçün
  • Suallarınıza cavab vermək və müştəri xidməti təmin etmək üçün
  • Araşdırma və innovasiya üçün
  • Coca‑Cola tərəfindən sponsorluq və ya ev sahibliyi edilən, yaxud məhsul nümunələrinin olduğu hansısa tədbirdə şəxsən iştirak etdiyiniz zaman

İstifadəçi tərəfindən yaradılmış məzmun (İYM)

Coca‑Cola şirkəti Xidmətlər vasitəsilə təqdim etməyi seçdiyiniz postları, şərhləri, rəyləri, səs yazılarını, fotoları və videoları toplayır

  • Onlayn icmalara nəzarət etmək üçün 
  • Sorğular, müştəri xidməti sorğuları və digər sərbəst formalı mətn qutularında olan şərhlərinizi və rəylərinizi qeydə alıb, onlarla bağlı addım atmaq üçün
  • İYM-nun təqdim edilməsi daxil olan promo-aksiyalarda iştirakınızı idarə etmək üçün
  • Coca‑Cola ağıllı sərinləşdiriciləri kimi konkret promo-aksiyalarda iştirak və ya digər Xidmətlərlə bağlı.

Paylaşmağı seçdiyiniz fotolar, səs yazıları və videolar bəzi qanunlara əsasən biometrik məlumat hesab edilə bilər. Coca‑Cola yalnız sizin razılığınız ilə biometrik məlumatları toplayır.

Sosial media platformasında olan hesab ilə əlaqələndirilən məlumat

Facebook və Twitter kimi sosial media hesabınız vasitəsilə Xidmətlərə qoşulduğunuz və ya daxil olduğunuz zaman biz sosial media platforması və sizin hesab icazələrinizin imkan verdiyi şəxsi məlumatları, məsələn profil şəklinizi, e-poçt ünvanınızı, bəyəndikləriniz, maraqlarınız və dostlarınız, izləyiciləriniz və buna bənzər siyahıları toplayırıq.

  • Xidmətlərlə bağlı təcrübənizi fərdiləşdirmək üçün
  • Sosial media platformasındakı şərhləriniz və sorğularınıza cavab vermək, eləcə də istehlakçıların Coca‑Cola-ya baxış tərzini daha yaxşı başa düşmək məqsədilə Coca‑Cola ilə və ya Coca‑Cola barədə yazışmaları (tvitlər və ya postlar kimi) təhlil etmək üçün

(Əgər sonradan sosial media hesablarınızdan olan məlumatları bizə təmin etmək istəmədiyiniz barədə qərara gəlsəniz, o zaman sosial media hesabınızın məxfilik parametrləri bölməsində tənzimləmə edin.)

Yer barədə məlumatlar

Mobil cihazınızın əməliyyat sistemi vasitəsilə icazə verməyi seçdiyiniz halda və tələb edilərsə, sizin başqa şəkildə verilmiş razılığınız ilə Proqramlarımız vasitəsilə icazə verilən halda dəqiq geolokasiya (yəni, GPS) məlumatlarını toplayırıq.

Xidmətlərdən istifadə etdiyiniz zaman IP ünvanından və ya WiFi, Bluetooth yaxud simsiz şəbəkə xidmətinə olan bağlantılardan əldə edilən təxmini yer məlumatları avtomatik olaraq toplanır.

Biz bu yer məlumatlarını aşağıdakı səbəblərdən toplayırıq:

  • Xidmətlərlə bağlı təcrübənizi fərdiləşdirmək üçün
  • Yaxınlığınızda məhsullar, promo-aksiyalar və ya tədbirlər əlçatan olan zaman sizə məlumat vermək, eləcə də icazə verdiyiniz zaman digər istifadəçilərin yer məlumatlarınıza baxmasına imkan vermək üçün
  • Coğrafi cəhətdən müvafiq reklamlar göndərmək üçün

Xidmətlər vasitəsilə paylaşılan digər Şəxsi Məlumatlar

Biz məlumatları aşağıdakı məqsədlərlə toplayırıq

  • Onlayn icmalarımızı idarə etmək üçün 
  • Promo-aksiyaları və şəxsi məlumatlarınızı paylaşmağınıza icazə verən Xidmətlərin digər funksiyalarını idarə etmək üçün

b. Proqramlarımızın istifadəsi barədə məlumatlar

Proqramlarımızdan birini yüklədiyiniz və quraşdırdığınız zaman topladığımız məlumat mobil cihazınızın əməliyyat sistemindən və icazələrdən asılıdır. Proqramlarımız düzgün fəaliyyət göstərmək üçün mobil cihazınızdan olan müəyyən funksiyalar və məlumatlardan istifadə etməlidir. Məsələn, əgər onlayn rejimdən Proqram rejiminə maneəsiz keçid təcrübəsi yaşamaq istəyirsinizsə, sizin veb-brauzerinizdən məlumatları toplamalı və əlaqələndirməliyik.

Proqram vasitəsilə toplanan konkret məlumatlar barədə daha çox şey öyrənmək üçün cihaz parametrlərinizi yoxlayın və ya Proqramı yüklədiyiniz konkret platformada (məsələn, Google Play və App Store) əlçatan olan icazə məlumatlarına baxın. Müəyyən Proqramlar həmçinin Proqram parametrlərində müəyyən məlumatların toplanması ilə bağlı statusunuzu yoxlamağa və ya dəyişməyə imkan verir. Əgər parametrlərinizi dəyişsəniz, müəyyən Proqram funksiyaları düzgün şəkildə işləməyə bilər. 

Proqram vasitəsilə bütün məlumatların toplanmasını dayandırmaq üçün Proqramı silin.

c. Xidmətlərin istifadəsi zamanı avtomatik olaraq toplanan məlumatlar

Biz istifadəçilərin kompüterləri və mobil cihazlarından onların Xidmətlərdən istifadəsi zamanı və ya barədə müəyyən məlumatları avtomatik şəkildə toplayırıq. Bəzi avtomatik olaraq toplanan məlumatlar müəyyən qanunlara əsasən şəxsi məlumat hesab edilir. Bu məlumatlar kukilər, piksel, veb-izləyici və oxşar məlumat toplanması texnologiyasından (birlikdə məlumat toplanması texnologiyası) istifadə edərək avtomatik şəkildə toplanılır.

Bizim avtomatik şəkildə topladığımız məlumatlara aşağıdakılar daxildir:

  • kompüteriniz və ya mobil cihazınız barədə cihazın tipi və identifikasiya nömrəsi, brauzerin tipi, internet xidməti provayderi, mobil şəbəkə və əməliyyat sistemi kimi məlumatlar
  • IP ünvanı və geniş coğrafi məkan (məsələn, ölkə və ya şəhər səviyyəli yerlər) 
  • Xidmətlərə çıxışın əldə edildiyi tarix və vaxt, axtarış sorğuları və nəticələri, siçana klikləmələr və siçan hərəkətləri, giriş edilən konkret veb-səhifələr, kliklənən linklər və izlənən videolar daxil olmaqla, kompüter və ya mobil cihazın Xidmətlərlə əlaqədə olma tərzi
  • axın və istifadə ilə bağlı ölçmələr
  • reklamı istifadəçilər üçün daha uyğun etmək məqsədilə istifadə edilən Xidmətlər ilə qarşılıqlı əlaqə yaratmazdan əvvəl giriş edilən üçüncü tərəf saytları və ya xidmətləri barədə məlumat
  • Coca‑Cola e-poçt mesajının açılıb-açılmaması və nə vaxt açılması kimi marketinq kommunikasiyalarımız ilə qarşılıqlı əlaqələr

d. Üçüncü tərəflərdən toplanan məlumatlar

Vaxtaşırı olaraq biz istifadəçilərimiz barədə daha çox məlumat öyrənmək, istifadəçi təcrübəsini fərdiləşdirmək və Xidmətləri daha effektiv şəkildə tanıtmaq, eləcə də təkmilləşdirmək üçün istifadə etdiyimiz üçüncü tərəflərdən şəxsi məlumatları qəbul edirik.

Üçüncü tərəflərdən qəbul etdiyimiz şəxsi məlumatların növlərinə aşağıdakılar daxildir:

  • Alış-verişlə əlaqələndirilən şəxsi məlumatlar. Ödəniş kartı ilə edilən alış-verişlər üçüncü tərəf ödəniş sistemləri vasitəsilə emal edilir. Coca‑Cola tam bank hesabı nömrələrinə, kredit kartı nömrələrinə və ya debet kartı nömrələrinə çıxış icazəsinə malik deyil.
  • Coca‑Cola haqqında daha çox məlumat öyrənməklə maraqlana biləcək şəxsləri müəyyən etməyə kömək olmaq və artıq əldə etdiyimiz şəxsi məlumatlara əlavə təfərrüatlar artırmaq üçün marketinq xidmətləri təminatçılarından kommersiya məqsədilə əldə edilən və ya kampaniyalar və tədbirlər vasitəsilə marketinq tərəfdaşları tərəfindən toplanan şəxsi məlumatlar. Bu şəxsi məlumatlara məlumatın məxfi saxlanması texnologiyasından (aşağıda Bölmə 4-ə baxın) istifadə edilməsi də daxil olmaqla, üçüncü tərəflərin psevdonimləşdirilmiş məlumat topluları ilə bizim psevdonimləşdirilmiş məlumat toplularımızın uyğunluğundan əldə edilən məlumatlar daxildir.
  • Daha müvafiq reklam təmin etməyimizə kömək etmək üçün üçüncü tərəf reklam tərəfdaşlarından qəbul etdiyimiz şəxsi məlumatlar 
  • Butulka istehsalı ortaqlarımız tərəfindən Coca‑Cola ilə paylaşılan şəxsi məlumatlar
  • İctimai baxımdan əlçatan mənbələrdən olan şəxsi məlumatlar
  • Hüquq-mühafizə və digər hökumət orqanlarından əldə edilən şəxsi məlumatlar (lakin yalnız nadir hallarda)

Biz Coca‑Cola şirkətinin sizin haqqınızda malik olduğu məlumat ilə üçüncü tərəf məlumat mənbələrindən olan məlumatları birləşdirə bilərik. Biz hər bir üçüncü tərəf məlumat provayderinin Coca‑Cola ilə şəxsi məlumat paylaşımının istehlakçılar qarşısında şəffaf olmasını və digər qanunlara tabe olmasını təsdiq etməyini tələb edirik.

e. Sizin razılığınız ilə toplanan digər məlumatlar

Sizin yeni fəaliyyətlərdə iştirak edə, eksklüziv məzmun qəbul edə və ya yeni funksiyaları sınaya bilməniz üçün biz müəyyən şəxsi məlumatları toplamaq üçün sizin razılığınızı istəyə bilərik. Bəzi məxfilik qanunlarına əsasən Coca‑Cola şəxsi məlumatları toplayıb, onların istifadəsinə başlamazdan əvvəl icazə almalıdır. Təfərrüatlar üçün Bölmə 9-a baxın.

4. COCA-COLA ŞƏXSİ MƏLUMATLARDAN NECƏ İSTİFADƏ EDİR?

Coca‑Cola Xidmətləri təmin etmək və təkmilləşdirmək, biznesimizi idarə etmək, istifadəçiləri qorumaq və qanuni hüquqlarımızı həyata keçirmək məqsədilə şəxsi məlumatlardan istifadə edir.

Biz aşağıdakılar da daxil olmaqla, Xidmətləri təmin etmək, fərdiləşdirmək və təkmilləşdirmək üçün (hər bir halda tətbiq olunan qanunla icazə verildiyi həddə) şəxsi məlumatlardan istifadə edirik:

  • İstifadəçilərin hesablarını yaratmaq və yeniləmək, eləcə də istifadəçilərin sorğularını icra etmək üçün
  • İstehlakçıların şəxsi məlumatlarını bizim adımızdan üçüncü tərəflər tərəfindən idarə edilən məlumat bazasında mərkəzləşdirmək və üçüncü tərəflərdən toplanmış məlumatları oraya əlavə etmək üçün
  • İstifadəçilərə marketinq və qeyri-marketinq kommunikasiyaları göndərmək üçün
  • Onlayn icma kimi istifadəçilər arasında kommunikasiyaları aktivləşdirmək üçün
  • Reklam ortaqlarımızın bəziləri istifadəçinin geolokasiyaya əsaslanan reklamlar və ya kukilərin daxil olduğu veb-saytlara baş çəkmək kimi onlayn fəaliyyəti zamanı yaranan məlumatlara əsaslanan hədəflənmiş reklamlar üçün (həmçinin bəzən fərdiləşdirilmiş və ya maraqlara əsaslanan reklam da deyilir). 
  • Konkret istifadəçiləri maraqlandıracağını düşündüyümüz məzmun tövsiyə edə bilmək məqsədilə istifadəçilərimiz barədə daha çox şey öyrənmək üçün
  • o Xüsusən də, «məlumatın məxfi saxlanması texnologiyasının işində» iştirak edərək istifadəçilər barədə məlumatlar hazırlayırıq. Məlumatın məxfi saxlanması texnologiyası vasitəsilə biz sorğuları işə salıb, iştirakçı olan üçüncü tərəflərin təklif etdiyi məlumatlardan nəticə və bilgiləri əldə edirik. Məlumatın məxfi saxlanması texnologiyasında istifadə edilən məlumatlar digər biznes müəssisələri və iştirakçılar tərəfindən elə bir formatda paylaşılır ki, onlar şəxsi məlumatları birbaşa şəkildə açıqlamır; əvəzində, uyğunlaşdırmadan əvvəl müəyyənedici amil yaradılır və üçüncü tərəflərə aid məlumat toplularını Coca‑Cola şirkətinin psevdonimləşdirilmiş şəxsi məlumatları ilə uyğunlaşdırmaq üçün istifadə edilir. (Psevdonimləşdirilmiş məlumat yaradılması məqsədilə şəxsi məlumatların istifadəsi məlumat toplularının əvvəlcədən profilləşdirilməsini özündə ehtiva edir.)  Uyğunlaşdırma prosesindən sonra biz sizə məlumat verməmiş və ya başqa tərzdə razılığınızı almamış fərdi məlumat toplularının zənginləşdirilməsinə icazə verməyən izləyicilərimiz barədə ümumiləşdirilmiş məlumatları qəbul edirik. Məlumatın məxfi saxlanması texnologiyasında məlumatın paylaşılması izləyicilərin kəşf edilməsi, izləyici kütləsinin genişləndirilməsi, izləyicilərin hədəflənməsi və oxşar izləyici modelləşdirilməsinin aparılması üçündür. 
  • Promo-aksiya və loyallıq proqramının idarə edilməsi üçün
  • Müştəri xidməti üçün 
  • Ödənişin asanlaşdırılması üçün
  • İstehlakçıların gözləntilərini qarşılayan yeni funksiyalar və məzmun işləyib-hazırlaya bilməyimiz məqsədilə istifadəçilərin Xidmətlər və fəaliyyət tendensiyaları ilə qarşılıqlı əlaqə tərzini təhlil etmək üçün
  • Xidmətləri və istifadəçilərin onlardan istifadə təcrübəsini təkmilləşdirmək üçün
  • Məlumat təhlili, araşdırma, məhsulların işlənib-hazırlanması və istehlakçılarımızı daha yaxşı başa düşməyə və onlara innovasiyalar təklif etməyə imkan verən özü adaptasiya ola bilən maşınların istifadəsi üçün
  • Əməliyyat problemlərinin aradan qaldırılması da daxil olmaqla, Xidmətlərə nəzarət edilməsi və onların sınaqdan keçirilməsi üçün
  • Bu Məxfilik Siyasətinə tabe olmayan, Coca‑Cola şirkətinin məhsullarını, xidmətlərini inkişaf etdirmək, eləcə də oxşar biznes məqsədləri üçün istifadə edilən, başqa tərzdə müqavilə və qanun ilə icazə verilən anonimləşdirilmiş məlumatların yaradılması üçün
  • Xidmətlərin fırıldaqçı, təhqiramiz və icazəsiz istifadəsini aşkarlamaq və buna qarşı mühafizə təmin etmək üçün
  • Risk idarəetməsi və istifadəçi müqavilələri ilə uyğunluğa nəzarət etmək və onu təmin etmək, eləcə də Coca‑Cola-ya tətbiq olunan digər qanunlara əməl edilməsindən əmin olmaq kimi digər inzibati məqsədlər üçün

5. COCA-COLA KUKİLƏR VƏ DİGƏR MƏLUMAT TOPLAMA TEXNOLOGİYASINDAN İSTİFADƏ EDİRMİ?

Biz Xidmətlərdən istifadə etdiyiniz zaman siz və/yaxud sizin cihaz(lar)ınızı tanımaq üçün kukilər və digər məlumat toplama texnologiyasından istifadə edirik və sizin barənizdə şəxsi məlumatlar toplayırıq. 

Bəzi nadir hallarda konkret veb-saytlara və istehlakçılara tətbiq edilən kukilər və digər məlumat toplama texnologiyası barədə konkret bildirişlərə malik Xidmətlərin bir hissəsi olan bəzi veb-saytlar mövcud ola bilər. Əgər kukilər barədə bildirişə malik Coca‑Cola veb-saytına baş çəksəniz, o zaman həmin veb-saytın kuki siyasəti tətbiq edilir.

Kukilər nədir?
Kukilər veb brauzerinizə və ya kompüterinizin sərt diskinə göndərilən və ya onlardan əldə edilən kiçik mətn fayllarıdır. Kuki adətən özündə kukinin mənşəyi olan domen (internetdəki yeri) adını, kukinin “ömrünün uzunluğu”nu (yəni, onun qüvvədən düşəcəyi vaxt) və təsadüfən yaradılmış unikal nömrə və ya bənzər identifikatoru ehtiva edir. Kuki, həmçinin parametrlər, saytlara giriş tarixçəsi və Xidmətlərdən istifadə edərkən həyata keçirilən fəaliyyətlər kimi kompüter və ya cihazınız barədə məlumatları ehtiva edə bilər.

Coca‑Cola, həmçinin “piksellər”dən (bəzən veb izləyicilər adlandırılır) istifadə edir. Piksellər veb-saytlarda müəyyən müddət ərzində açılan e-poçtlar və veb-saytdan istifadə barədə məlumat toplaya bilən şəffaf qrafik təsvirlərdir.

Coca‑Cola-nın Xidmətlər bölməsində yerləşdirdiyi kukilər birinci tərəf kukiləri adlanır. Xidmətlərə hər hansı digər tərəfin yerləşdirdiyi kukilər üçüncü tərəf kukiləri adlanır. Üçüncü tərəf kukiləri Xidmətlər bölməsində və ya Xidmətlər vasitəsilə təhlil və marketinq avtomatlaşdırması kimi üçüncü tərəf funksiyaları və ya funksionallığını təmin edir. Üçüncü tərəf kukiləri yerləşdirən tərəflər cihazınızı, həm siz ondan istifadə edərək Xidmətlərə, həm də bəzi digər veb-saytlara daxil olduğunuz zaman tanıya bilərlər. Ümumilikdə kukilər barədə daha çox öyrənmək üçün www.allaboutcookies.org saytına daxil olun. 

Bəzi veb-brauzerlər (Safari, Internet Explorer, Firefox və Chrome daxil olmaqla) veb-saytlara istifadəçinin öz onlayn fəaliyyətinin və davranışlarının izlənilməsini istəmədiyini bildirmək üçün «İzləmə» (DNT) və ya oxşar funksiyadan istifadə edir. Əgər konkret DNT siqnalına cavab verən veb-sayt DNT siqnalı qəbul edərsə, brauzer həmin veb-saytın brauzer keşindən müəyyən məlumatları toplamasını bloklayır. Heç də bütün brauzerlər DNT seçimini təqdim etmir və DNT siqnalları hələ kütləvi şəkildə istifadə edilmir. Bu səbəblə Coca‑Cola da daxil olmaqla, əksər veb-sayt operatorları hələ DNT siqnallarına cavab vermir.

Coca‑Cola nə üçün kukilər və digər məlumat toplama texnologiyasından istifadə edir?
Bəzi kukilər Xidmətlərin işləməsi üçün tələb edilir. Digər kukilər isə hədəflənmiş reklamlar üçün istifadəçilərin maraqlarını izləmək və Xidmətlərdən istifadə təcrübəsini təkmilləşdirmək üçün istifadə edilir.

Xidmətlər bölməsində tətbiq edilən kukilərin növləri və onlardan istifadə səbəbləri aşağıda verilib:

  • Zəruri kukilər Xidmətlərin işləməsi üçün tələb olunur.
  • Fəaliyyət və ya Təhlil kukiləri Xidmətləri təhlil edə və yaxşılaşdıra bilməmiz üçün Xidmətlərdən necə istifadə edilməsi barədə məlumat toplayır. Fəaliyyət və ya təhlil kukiləri adətən brauzerinizi bağladıqdan sonra siz onları silənə qədər kompüterinizdə qalır.
  • Reklam kukiləri sizin təxmin edilən maraqlarınıza əsasən reklamlar göstərmək üçün bizə kömək etməklə sizə daha uyğun reklam mesajları hazırlamaq, eyni reklamın çox tez-tez görünməsinin qarşısını almaq və reklamların reklamı verənlərə uyğun şəkildə göründüyünü təmin etmək üçün istifadə edilir.
  • Sosial media kukiləri istifadəçilərin sosial media platformaları ilə daha asanlıqla əlaqə yaratmasına imkan verir. Biz sosial media kukilərini idarə etmirik və onlar bizim sizin icazəniz olmadan sosial media hesablarınıza giriş əldə etməyimizə imkan vermir. İstifadə edilən kukilər barədə məlumat almaq üçün müvafiq sosial media platformasının məxfilik siyasətinə istinad etməyinizi xahiş edirik. 

Məlumat toplanması texnologiyası Coca‑Cola şirkətinin axın nümunələrini bir veb-səhifədən digər veb-səhifəyə keçidini izləməsinə, kukiləri çatdırmasına və ya onlarla kommunikasiya yaratmasına, istifadəçilərin üçüncü tərəf veb-saytında bizim onlayn reklamlarımızı gördükdən sonra Xidmətlərimizə baş çəkib-çəkmədiyini anlamağa, Xidmətlərin fəaliyyət göstəricisini artırmağa və e-poçt marketinq kampaniyalarımızın uğurunu ölçməyə imkan verir. Coca‑Cola şirkətinin Kuki Siyasətləri (müəyyən yurisdiksiyalarda mövcuddur) Coca‑Cola şirkətinin məlumat toplama texnologiyasından istifadəsini təsvir edir. 

Google məhsulları
Tətbiq edilən qanunla icazə verilən hallarda hədəf reklamlar (Google buna bəzən «remarketinq» kimi istinad edir) üçün Google Analytics servisindən istifadə edən Xidmətlər.Google istehlakçıların müxtəlif veb-saytlara daxil olduğu zaman Google-un tanıdığı kukilərdən istifadə edir. Google kukiləri vasitəsilə toplanmış məlumatlar Coca‑Cola şirkətinin Xidmətlərin necə istifadə edilməsini təhlil etməsinə və bəzi Xidmətlər üçün, eləcə də bəzi yurisdiksiyalarda marketinq kommunikasiyaları və rəqəmsal reklamları fərdiləşdirməsinə kömək edir.

Xidmətlər həmçinin YouTube (Google şirkəti) platformasından olan videoları ehtiva edir. Bu isə o deməkdir ki, Xidmətlər vasitəsilə YouTube videosunu açmaq üçün düyməyə vurduğunuz zaman Xidmətlər ilə YouTube serverləri arasında əlaqə qurulur. Daha sonra YouTube tərəfindən təmin edilən HTML linki videonun səhifədə açılması üçün Xidmətlərin kod hissəsinə daxil edilir. YouTube serverlərində saxlanılan video daha sonra Xidmətlər səhifəsində açılır. YouTube həm də hazırda Xidmətlərdən istifadə etdiyiniz barədə YouTube-a məlumat verən informasiyanı qəbul edir: IP ünvanınız, brauzer məlumatlarınız, istifadə etdiyiniz cihazın əməliyyat sistemi və parametrləri, cari veb-səhifənin URL-i, linki izləmisinizsə, əvvəllər baş çəkdiyiniz veb-səhifələr, izlədiyiniz videolar bu informasiyalara daxildir. YouTube hesabınıza daxil olmusunuzsa, məlumat sizin YouTube istifadəçi profiliniz ilə əlaqələndirilə bilər. Xidmətlərdən istifadə etməzdən əvvəl YouTube hesabınızdan çıxmaqla və müvafiq kukiləri silməklə bu əlaqələndirmənin qarşısını ala bilərsiniz. 

Google-un sizin məlumatlarınızı necə toplaması, istifadə etməsi və paylaşması barədə daha çox məlumat almaq üçün Google Məxfilik Siyasətinə baxın

Google-un reklamlarda kukilərdən necə istifadə etməsi haqqında daha çox məlumat almaq üçün Google-un Reklam səhifəsinə baş çəkin 

Google Analytics xidmətinin sizin məlumatlarınızdan istifadə etməsinin qarşısını almaq üçün Google brauzer əlavəsini quraşdıra bilərsiniz 

Google-da sizin maraqlarınıza uyğun olaraq yönləndirilən reklamlar seçimindən imtina etmək üçün Google Ads parametrlərinizdən istifadə edin

Avropa İqtisadi Bölgəsi, İsveçrə və ya Birləşmiş Krallıqda yaşayırsınızsa, xüsusi olaraq nəzərə alın ki, əgər Google kukilərinə Coca‑Cola Məxfilik Seçimi Mərkəzində icazə versəniz, həmin kukilərin Xidmətlərin istifadəsi ilə bağlı yaratdığı məlumat Amerika Birləşmiş Ştatlarındakı serverlərdə Google-a ötürülür və Google tərəfindən yadda saxlanılır. Coca‑Cola müəyyən yurisdiksiyalar üçün Google-un məlumat paylaşılmasını qeyri-aktiv etmək üçün alətləri, Google siqnalları və Google Analytics xidmətindəki istifadəçi ID parametrləri də daxil olmaqla, IP ünvanınızın son hissəsini çıxarmaq üçün məlumatlar Google tərəfindən Amerika Birləşmiş Ştatlarına göndərilməzdən əvvəl Google IP Anonimləşdirilməsi aləti də daxil olmaqla texnologiya alətlərindən istifadə edir. Google IP ünvanını Google tərəfindən saxlanılan hər hansı digər məlumat ilə əlaqələndirməyəcək. 

Coca‑Cola şirkəti adından Google Coca‑Cola şirkətinin Xidmətləri işlətməsi və təmin etməsinə kömək edəcək hesabatları birləşdirmək məqsədilə yuxarıda qeyd edilən məlumatlardan istifadə edəcək.

Meta məhsulları
Xidmətlərin bəzi hissələri Facebook, Instagram, Messenger və Facebook proqramları (Meta məhsulları) tərəfindən təklif edilən məhsullar və funksiyalardan istifadə edir. Meta məhsulları Xidmətlərdən istifadəçi məlumatlarını (şəxsi məlumatlar da daxil olmaqla) toplayan teqlər, piksellər (Meta Pixel) və digər unikal izləmə kodları və texnologiyasından istifadə edir. Facebook istifadəçi Facebook sosial şəbəkəsində və ya Meta tərəfindən təmin edilən digər xidmətlərdə (buna konversiya deyilir) yerləşdirilmiş bir reklama kliklədikdən sonra istifadəçinin Xidmətlərlə qarşılıqlı əlaqəsini izləyir və Coca‑Cola şirkətinin istifadəçilərin reklamlarla necə qarşılıqlı əlaqə yaratması və oxşar məlumatlar barədə öyrənməsinə imkan yaradır.  Meta məhsulları toplanmış məlumatlardan Metanın öz məqsədləri, eləcə də Meta məhsullarını təkmilləşdirmək üçün istifadə edir. Meta Xidmətlərdən topladığı məlumatları ABŞ və şəxsi məlumatlarınızla bağlı daha az hüquqlara malik ola biləcəyiniz digər ölkələrə ötürə bilər. Meta məhsullarının şəxsi məlumatları necə toplaması, istifadə etməsi və emal etməsi, eləcə də sizin öz barənizdə olan şəxsi məlumatları necə idarə edə və silə biləcəyiniz barədə daha çox məlumat almaq üçün https://www.facebook.com/about/privacy linkindən istifadə etməklə Meta Məhsulları üzrə Məxfilik Siyasətinə baxa bilərsiniz.

Kukilər üzrə seçiminiz
Siz brauzerinizi bütün kukiləri rədd edəcək və ya kuki yerləşdirildiyi zaman onu göstərəcək şəkildə qura bilərsiniz. (Brauzerlərin çoxu kukiləri avtomatik olaraq qəbul edib, sizə onları qeyri-aktiv etmək imkanı versə də, Xidmətlərin bəzi xüsusiyyətlərinin kukilərsiz lazımi qaydada işləməyə biləcəyini nəzərə alın.) 

Yuxarıda qeyd edildiyi kimi Google Analytics üçün istifadə edilən kukilərdən imtina etmək istəyirsinizsə, Google bu seçimlərdən imtina edilmiş brauzer əlavəsi işləyib-hazırlayıb. Veb-brauzeriniz üçün həmin əlavəni buradan yükləyib quraşdıra bilərsiniz. Brauzerinizdə müvafiq parametrləri seçməklə bu kukilərin istifadəsindən imtina edə bilərsiniz. Meta Məhsullarında məlumatlarınıza baxmaq və onları idarə etmək qaydası ilə bağlı daha çox məlumat almaq üçün buraya baxmağınızı xahiş edirik. 

Xidmətlərin əlçatan olduğu müəyyən yurisdiksiyaların da kuki siyasətləri var ki, həmin kuki siyasətləri kukiləri idarə etmək üçün bu Məxfilik Siyasəti və alətlərindən fərqlidir və onlara əlavə olaraq tətbiq edilir. Təfərrüatlar üçün Bölmə 9-a baxın.

6. COCA-COLA ŞƏXSİ MƏLUMATLARI NECƏ PAYLAŞIR?

Coca‑Cola qanunla icazə verilən və ya tələb edilən hallarda şəxsi məlumatları Xidmətlərin idarə edilməsi və biznes fəaliyyətlərinin həyata keçirilməsində bizə kömək edən fiziki və hüquqi şəxslərlə paylaşır. Biz şəxsi məlumatları həm də istifadəçi bizdən həmin məlumatları paylaşmağımızı tələb edəndə paylaşırıq. Biz istifadəçilər başqa məxfilik siyasəti və ya bildirişinin tətbiq ediləcəyi barədə xəbərdar edilməyincə və ya bu cür xəbərdarlıq edilənə qədər şəxsi məlumatları alan tərəflərin bu Məxfilik Bildirişinə əməl etmələrini tələb edirik.

Coca‑Cola şəxsi məlumatları aşağıdakı qəbul edən tərəf kateqoriyaları ilə paylaşır:

  • Hüquqşünaslar, mühasiblər, sığortaçılar, eləcə də məlumat təhlükəsizliyi və məhkəmə tibbi ekspertiza ekspertləri kimi peşəkar məsləhətçilər.
  • Xidmətləri tanıtmağa kömək edən (e-poçtla aparılan marketinq kimi) və vaxtaşırı artıq malik olduğumuz şəxsi məlumatlara əlavə məlumat təmin edən marketinq təminatçıları. Məsələn, Meta öz platformasında bizim fərdiləşdirilmiş reklam təmin etməyimizə və bu reklamın effektivliyini qiymətləndirməyimizə kömək etmək üçün Xidmətlərin istifadəsi ilə bağlı müəyyən məlumatları qəbul edir və onlardan istifadə edir. 
  • Bizim adımızdan məlumat təhlili, məlumat təhlükəsizliyi, e-ticarət əməliyyatları, tədqiqatlar, araşdırma, promo-aksiyaların idarə edilməsi, təkliflər və loyallıq proqramları, eləcə də biznesimizi aparmaq üçün bizə başqa tərzdə kömək edən xidmətləri təmin etməyə imkan verən xidmət provayderləri. Bu xidmət provayderlərinin bəzilərinin qlobal öhdəlikləri var.
  • İdman liqaları, istehsalçılar və əlaqədar təkliflərin digər təminatçıları kimi strateji tərəfdaşlıqlar üçün.
  • Məlumatın məxfi saxlanması texnologiyası Bölmə 4-də təsvir edilmişdir. Məlumatın məxfi saxlanması texnologiyasında məlumatın paylaşılması izləyicilərin kəşf edilməsi, izləyici kütləsinin genişləndirilməsi, izləyicilərin hədəflənməsi və oxşar izləyici modelləşdirilməsinin aparılması üçündür. 
  • Bulud yaddaşı provayderləri.
  • Biznesimizin tamamı və ya bir hissəsi ilə bağlı hər hansı faktiki və ya təklif edilən birləşmə, satın alınma və ya investisiya ilə əlaqəli olaraq potensial və ya faktiki alıcılar və ya investorlar, habelə onların peşəkar məsləhətçiləri. Biz bu Məxfilik Siyasətinin şərtlərinin tranzaksiyadan sonra şəxsi məlumatlara tətbiq edilməsini və ya istifadəçilərin şəxsi məlumatların emalına dəyişikliklərlə bağlı əvvəlcədən bildiriş almasını təmin etmək üçün var gücümüzlə çalışacağıq.
  • Coca‑Cola filialları və butulka istehsalı ortaqları.
  • Açıqlanmanın (i) qanuna əməl etmək, (ii) hüquqlardan istifadə etmək, onları müəyyən və ya müdafiə etmək, yaxud (iii) istifadəçilərin, biznes tərəfdaşlarının, xidmət təchizatçılarının və ya digər üçüncü tərəfin ən vacib maraqlarını qorumaq üçün zəruri olduğunu hesab etdiyimiz halda səriştəli hüquq-mühafizə orqanları, rəsmi tənzimləyicilər və məhkəmələr.
  • Sizin icazənizlə digər üçüncü tərəflər.

Biz şəxsi məlumatları paylaşsaq, məlumatı alan tərəflərin şəxsi məlumatları bu Məxfilik Siyasəti, eləcə də məxfilik və təhlükəsizlik üzrə tələblərimizə uyğun şəkildə idarə etmələrini tələb edirik.

7. COCA-COLA ŞƏXSİ MƏLUMATLARI NECƏ QORUYUR?

Coca‑Cola bizə etibar edilən şəxsi məlumatları mühafizə etmək və qorumaq barədə öhdəlik götürür. Biz şəxsi məlumatları icazəsiz giriş və istifadədən qorumaq üçün bizə kömək edən müxtəlif tədbirlərdən istifadə edirik.

Coca‑Cola emal etdiyimiz şəxsi məlumatları mühafizə etmək üçün nəzərdə tutulan texniki, fiziki və inzibati müdafiə vasitələrindən istifadə edir. Bizim müdafiə vasitələrimiz sizin şəxsi məlumatlarınızın emal riskinə uyğun təhlükəsizlik səviyyəsi təmin etmək üçün tərtib edilmiş və (müvafiq olaraq) emal sistemlərinin davamlı məxfiliyi, tamlığı, əlçatanlığı və dayanıqlılığını, eləcə də şəxsi məlumatların emalının təhlükəsizliyini təmin etmək üçün texniki və təşkilati tədbirlərin effektivliyinin müntəzəm olaraq sınaqdan keçirilməsi, yoxlanması və qiymətləndirilməsi üçün proseduru təmin edən tədbirləri özündə birləşdirir. Buna baxmayaraq, Coca‑Cola şəxsi məlumatların emalı ilə bağlı təhlükəsizlik risklərini tam şəkildə aradan qaldıra bilməz. 

Hesab məlumatlarınızın təhlükəsizliyini təmin etmək üçün cavabdeh tərəf sizsiniz. Coca‑Cola sizin hesab məlumatlarınızdan istifadə etməklə Xidmətlərə girişi sizin tərəfinizdən icazə verilən şəkildə təmin edəcək. 

Coca‑Cola təhlükəsizliklə bağlı hər hansı öhdəliyin pozulması halından şübhələnərsə və ya belə bir hal aşkar edərsə, sizin Xidmətlərin hamısından və ya bir hissəsindən istifadə haqqınızı dayandıra bilər. Əgər Coca‑Cola şirkətinə təqdim etdiyiniz məlumatların və ya hesabınızın artıq təhlükəsizlikdə olmadığını düşünürsünüzsə, Privacy@coca-cola.com e-poçt ünvanı vasitəsilə dərhal bu barədə bizə məlumat verin.

Sizin şəxsi məlumatlarınıza təsir edən hər hansı öhdəliklərin pozulması halından xəbər tutsaq, qüvvədə olan qanunla tələb edilən şəkildə sizi bildirişlə təmin edəcəyik. Tətbiq edilən qanunla icazə verilən hallarda Coca‑Cola hesabınızla əlaqələndirilmiş e-poçt ünvanı və ya hesabınızla əlaqələndirilmiş hər hansı digər icazə verilən üsulla sizə bildiriş göndərəcək.

VEB-SAYTDAN MƏLUMATLARIN TOPLANMASI DA DAXİL OLMAQLA XİDMƏTLƏR VASİTƏSİLƏ ŞƏXSİ MƏLUMATLARA İCAZƏSİZ GİRİŞ QADAĞAN EDİLİR VƏ HÜQUQİ TƏDBİRLƏRİN GÖRÜLMƏSİ İLƏ NƏTİCƏLƏNƏ BİLƏR.

8. COCA-COLA ŞƏXSİ MƏLUMATLARI NƏ QƏDƏR MÜDDƏT ƏRZİNDƏ SAXLAYIR?

Biz istifadəçi barədə şəxsi məlumatları onun hesabı aktiv olduğu müddət ərzində və yuxarıda qeyd edilən digər məqsədlərlə lazımi hallarda saxlayırıq. Biz, həmçinin, şəxsi məlumatları hüquqi öhdəliklərə əməl etmək, münaqişələri həll etmək və müqavilələri icra etmək lazım gəldiyi müddətdə saxlayırıq.

Biz sizin şəxsi məlumatlarınızı dəqiq və ən son tarixə uyğun şəkildə saxlamağa çalışırıq. Biz emal etdiyimiz şəxsi məlumatları məlumatların saxlanması siyasətimiz çərçivəsində bu Məxfilik Siyasətinə uyğun olaraq saxlayırıq.  Saxlama müddətini təyin edən zaman biz sizin tərəfinizdən tələb edilən və ya sizə təmin edilən məhsulların və xidmətlərin növü, sizinlə olan münasibətin xarakteri və müddəti, eləcə də tətbiq edilən qanuna əsasən icbari saxlama müddətləri kimi müxtəlif meyarları nəzərə alırıq. Müvafiq saxlama müddətinin sonunda biz ya sizin şəxsi məlumatlarınızı silirik, ya da onu anonimləşdiririk və ya şəxsi məlumatları silməyimiz və ya anonimləşdirməyimiz mümkün olmazsa, onda biz şəxsi məlumatları onların silinməsi və ya anonimləşdirilməsi mümkün olana qədər ayırıb, təhlükəsiz şəkildə saxlayırıq. 

Şəxsi məlumatları anonimləşdirdikdən sonra artıq bu məlumat şəxsi məlumat hesab edilmir. Biz tətbiq edilən qanun və müqavilələrə əsasən anonimləşdirilmiş məlumatlardan istifadə edirik.

9. ŞƏXSİ MƏLUMATLARLA BAĞLI HANSI SEÇİMLƏR ƏLÇATANDIR?

Siz Coca‑Cola şirkətinin sizin şəxsi məlumatlarınızı emal etməsi ilə bağlı seçimlər edə bilərsiniz. Siz bu Bölmə 9-da təsvir edildiyi kimi yaxud brauzeriniz vasitəsilə əlçatan olan və ya Coca‑Cola-nın sizin üçün əlçatan etdiyi müxtəlif alətlərdən istifadə etməklə Coca‑Cola ilə əlaqə saxlayaraq öz məxfilik hüquqlarınızdan yararlana bilərsiniz. Bəzi hallarda sizin öz şəxsi məlumatlarınıza çıxış əldə etməyiniz və ya onları idarə etməyiniz tətbiq edilən qanunla məhdudlaşdırılır.

Mobil cihaz seçimləri
Mobil əməliyyat sistemləri və proqram platformalarının (məsələn, Google Play, App Store) kontaktlara, geolokasiya xidmətlərinə və ani bildirişlərə giriş kimi xüsusi növ mobil cihaz məlumatları və bildirişlər üçün icazə parametrləri var. Siz mobil cihazınızdakı parametrlərdən istifadə edərək müəyyən məlumatların toplanması və/yaxud ani bildirişlərə razılıq verə və ya onlardan imtina edə bilərsiniz. Müəyyən Proqramların həm də icazələri və ani bildirişləri dəyişmək üçün sizə icazə verən parametrləri ola bilər. Bəzi Proqramlar üçün parametrlərin dəyişdirilməsi Proqramın müəyyən amillərinin düzgün fəaliyyətinin pozulmasına səbəb ola bilər.

Proqramı silməklə həmin Proqram vasitəsilə bütün məlumat toplanmalarını dayandıra bilərsiniz. Əgər Proqramı silsəniz, Proqramdan istifadəniz ilə bağlı olan unikal müəyyənləşdirici və digər fəaliyyətlərin də mobil cihazdan silindiyini təsdiq etmək üçün əməliyyat sisteminizin parametrlərini yoxlayın. 

Coca‑Cola tərəfindən göndərilən e-poçt məktubları və mətn mesajlarını qəbul etməkdən imtina
Coca‑Cola şirkətindən gələn promo-aksiya e-poçtlarını qəbul etməyi dayandırmaq üçün e-poçt mesajının aşağısındakı «Abunəliyi ləğv et» seçiminə klikləyin. Ləğv etmə seçimini etdikdən sonra biz hələ də sizə promo-aksiya olmayan e-poçt mesajları göndərməyə davam edə bilərik, bu cür mesajlara alış-veriş qəbzləri və ya hesabınız barədə inzibati məlumatlar daxil ola bilər. 

Hesab parametrləriniz, həmçinin sizə bildiriş seçimlərinizi, məsələn Proqramdan gələn ani bildirişləri dəyişməyə imkan verə bilər. 

Promo-aksiya məzmunlu mətn mesajlarını (SMS və ya MMS) qəbul etməyi dayandırmaq üçün bizdən promo-aksiya məzmunlu mətn mesajları qəbul etməyi dayandırmağı istədiyiniz göstərən mesajla cavab verə bilərsiniz - məsələn, «Dayandır» sözünün mesaj kimi göndərilməsi ilə. Siz həm də aşağıda «Bizimlə əlaqə» bölməsində qeyd edildiyi kimi bu barədə bizə məlumat verə bilərsiniz. Müvafiq telefon nömrəsi, ünvan və/yaxud e-poçt ünvanı təfərrüatları ilə birlikdə artıq hansı növ məlumatları qəbul etmək istəmədiyiniz barədə bizə məlumat verməyinizi xahiş edirik. Əgər bizdən marketinq ilə bağlı mesajları qəbul etməyi dayandırmaq istəyirsinizsə, biz hələ də sizə hesablarınız və ya alış-verişləriniz barədə e-poçt mesajları kimi vacib inzibati mesajları göndərməyə davam edə bilərik

KONKRET YURİSDİKSİYALAR ÜÇÜN MƏXFİLİK HÜQUQLARI VƏ SEÇİMLƏRİ BARƏDƏ MƏLUMAT BU MƏXFİLİK SİYASƏTİNİN SONUNDAKI BÖLMƏ 13-DƏ VERİLMİŞDİR. SİZƏ MÜVAFİQ BÖLMƏLƏRİ NƏZƏRDƏN KEÇİRMƏYİ TÖVSİYƏ EDİRİK.

ƏGƏR BU MƏXFİLİK SİYASƏTİNDƏ TƏSVİR EDİLMƏYƏN MƏXFİLİK HÜQUQLARININ TƏKLİF EDİLDİYİ YURİSDİKSİYAYA MALİK ÖLKƏDƏ YAŞAYIRSINIZSA, PRIVACY@COCA-COLA.COM E-POÇT ÜNVANI VASİTƏSİLƏ BİZİMLƏ ƏLAQƏ SAXLAYIN. Biz sizin məxfilik hüquqlarınıza hörmət edir və sorğularınızı təmin etmək üçün əlimizdən gələni edəcəyik.

10. COCA-COLA UŞAQLARIN MƏXFİLİYİNİ NECƏ QORUYUR?

Xidmətlərin bəzilərində yaş məhdudiyyətləri var, bu isə o deməkdir ki, biz sizin bu Xidmətlərdən istifadə etməyinizə icazə verməzdən əvvəl yaşınızı təsdiq etmək üçün sizə suallar verəcəyik. 

Məsuliyyətli Marketinq Siyasətimizə uyğun olaraq Coca‑Cola 13 yaşından kiçik uşaqlara məhsullarımızla bağlı birbaşa marketinq təklifləri etmir. Əgər 13 yaşından və ya yerli qanun ilə təyin edilmiş yaşdan balaca bir uşağın valideynlərinin və ya tətbiq edilən qanun ilə icazə verilən başqa şəxsin icazəsi olmadan bizə şəxsi məlumatlarını təmin etdiyindən xəbər tutsanız, privacy@coca-cola.com e-poçt ünvanı vasitəsilə Məxfilik Ofisimiz ilə əlaqə saxlayın. Bundan xəbər tutan kimi biz tətbiq edilən qanunla tələb edildiyi kimi uşağın şəxsi məlumatlarını silmək üçün addımlar atacağıq.

11. COCA-COLA ŞƏXSİ MƏLUMATLARI BAŞQA ÖLKƏLƏRƏ ÖTÜRÜRMÜ?

Coca‑Cola şəxsi məlumatları biz, tədarükçülərimiz və biznes tərəfdaşlarımızın biznes fəaliyyəti göstərdiyi istənilən yerə ötürə bilər. Digər yerlər kimi qeyd olunan həmin yerlərdəki məlumat qoruma qanunları sizin yaşadığınız yerin qanunlarından fərqli (və bəzi hallarda daha az qoruyucu) ola bilər. 

Şəxsi məlumatlarınız başqa ölkələrə biz və ya bizim adımızdan ötürülərsə, biz şəxsi məlumatlarınızı qorumaq üçün bu Məxfilik Siyasəti və tətbiq edilən qanuna uyğun olaraq müvafiq təhlükəsizlik tədbirlərindən istifadə edirik.  Bu təhlükəsizlik tədbirlərinə şəxsi məlumatların Coca‑Cola-nın filialları, habelə təchizatçılarımız və tərəfdaşlarımız arasında ötürülməsi üçün standart müqavilə müddəaları və ya standart müqavilələrin qəbul edilməsi daxildir. Bu müqavilələr hazır olduqda, onlar filiallarımız, təchizatçılarımız və tərəfdaşlarımızdan şəxsi məlumatları məxfilik üzrə müvafiq qanunlara uyğun olaraq qorumağı tələb edirlər. 

Şəxsi məlumatların ölkələrarası ötürülmələri barədə standart müqavilə müddəalarımız və ya digər mühafizə vasitələrimiz barədə məlumat əldə etmək üçün privacy@coca-cola.com e-poçt ünvanı ilə əlaqə saxlayın.

12. BU MƏXFİLİK SİYASƏTİ NƏ VAXT DƏYİŞDİRİLİR?

Biz bu Məxfilik Siyasətini hüquqi, texniki və ya biznes sahəsindəki inkişafla əlaqədar vaxtaşırı yeniləyə bilərik. Ən son versiya həmişə Xidmətlər bölməsində əlçatan olur.

Bu Məxfilik Siyasətini yenilədiyimiz zaman yenilənmiş versiyanı paylaşacağıq və yuxarıda qeyd edilmiş Qüvvəyə minmə tarixini dəyişəcəyik. Biz, həmçinin, sizin məxfilik hüquqlarınıza təsir etdiyinə inandığımız əhəmiyyətli dəyişikliklər barədə sizə əvvəlcədən xəbər vermək üçün müvafiq addımları atacağıq ki, sizin də yenilənmiş Məxfilik Siyasəti qüvvəyə minməzdən əvvəl onu nəzərdən keçirmək imkanınız olsun. Əgər müvafiq məxfilik qanunlarına əsasən sizin razılığınız tələb edilərsə, yenilənmiş Məxfilik Siyasəti sizə tətbiq edilməzdən əvvəl sizin dəyişiklərlə bağlı razılığınızı alacağıq. Həmişə yenilənmiş versiyadan xəbərdar olduğunuzdan əmin olmaq üçün müntəzəm olaraq bu Məxfilik Siyasətinə nəzər salın.