Coca‑Cola və şəkər asılılığı
Bəzi insanlar tərkibində şəkər olan qida və içki məhsullarının vaxtaşırı istifadəsindən zövq alırlar. Məsələn, şokolad kimi qida və içki məhsulları alimlərin beyində “həzz mərkəzi” adlandırdıqları nahiyəni oyadır. Musiqi və gülüş də eyni funksiyanı yerinə yetirir. Müntəzəm olaraq zövq aldığınız qida və içkiləri dadmaq asılılıq yaratmır.
Balanslaşdırılmış həyat tərzi üçün müxtəlif qida və içki məhsullarının qədərində istifadəsinə diqqət yetirmək lazımdır.
İstehsal etdiyimiz bir çox içki məhsullarımızın tərkibində şəkər vardır ki, bu da kalori deməkdir. Şəkər çox sevdiyimiz dad olsa da, onun normal miqdardan artıq qəbulu hər kəs üçün zərərlidir. Tərkibində şəkər olan içkilər balanslaşdırılmış həyat tərzinə uyğun istifadə olunmalıdır. Digər qida məhsullarında olduğu kimi, tərkibində şəkər olan sərinləşdirici içkilərin dəqədərində istifadəsinə diqqət yetirmək lazımdır.
İstehlakçılarımızın şəkər qəbulunu tənzimləyə bilmələri üçün onların seçimlərinin olması vacibdir. Bunun üçün biz istehlakçılarımıza az kalorili və ya kalorisiz, şəkərsiz içki məhsullarımızı təqdim edirik. Elə buna görə də bir çox içkilərimiz kiçik tutumlu qablaşdırmalarda istehsal olunur.
İnsanların rahat seçim etməsi üçün içkilərimizin tərkibindəki kalori və şəkərin miqdarı ilə bağlı istehlakçılarımızı daim məlumatlandırırıq.