Coca‑Cola və şəkərli diabet

Artıq çəkidən və ya piylənmədən əziyyət çəkən insanların şəkərli diabetə tutulma riski var. Sərinləşdirici içkilər də daxil olmaqla, kalorili qida və içki məhsullarının normadan artıq qəbulu çəkinin artmasına səbəb olur, bu da öz növbəsində şəkərli diabetə tutulma riskini artırır.

Balanslaşdırılmış həyat tərzi üçün çəkinin tənzimlənməsi önəmlidir. Digər qida və içki məhsullarında olduğu kimi, tərkibində kalori olan sərinləşdirici içkilərin də qədərində istifadəsinə diqqət yetirmək lazımdır.

İnsanlar istehsal etdiyimiz içki məhsullarının dadından zövq alırlar. Amma onlar eyni zamanda qəbul etdikləri kalorinin miqdarını azaltmağa çalışırlar.

Biz onlara tərkibində az miqdarda şəkər və kalori olan, həmçinin şəkərsiz və kalorisiz müxtəlif çeşidli içkilər (məsələn, Coca‑Cola Şəkərsiz) təklif edirik. Bu səbəbdən bəzi içkilərimiz kiçik ölçülü qablaşdırmalarda istehsal olunur.

Biz istehlakçılarımızın rahat seçim edə bilməsi üçün onları istehsal etdiyimiz bütün növ içki məhsullarının tərkibi ilə bağlı məlumatlandırırıq.

Şəkərli diabet ilə bağlı ətraflı məlumat almaq üçün həkimə müraciət etməyinizi tövsiyə edirik.