Sərinləşdirici içkilər şəkərli diabetdən əziyyət çəkənlər üçün risk faktorudurmu?
Artıq çəkidən və ya piylənmədən əziyyət çəkən insanların şəkərli diabetə tutulma riski var. Kalorili qida və içkilərin qədərindən artıq qəbulu çəkinin artmasına səbəb olur, bu da öz növbəsində şəkərli diabetə tutulma riskini artırır.
Balanslaşdırılmış həyat tərzi üçün çəkinin tənzimlənməsi önəmlidir. Digər qida məhsullarında olduğu kimi, tərkibində kalori olan içkilərin də qədərində istifadəsinə diqqət yetirmək lazımdır.
İnsanlar istehsal etdiyimiz içki məhsullarımızın dadından zövq alırlar. Amma onlar eyni zamanda qəbul etdikləri kalorinin miqdarını azaltmağa çalışırlar.
Biz onlara tərkibində az miqdarda şəkər və kalori olan, həmçinin şəkərsiz və kalorisiz müxtəlif çeşidli içkilər (məsələn, Coca‑Cola Şəkərsiz) təklif edirik. Bu səbəbdən bəzi içkilərimiz kiçik ölçülü qablaşdırmalarda istehsal olunur.
Biz istehlakçılarımızın rahat seçim edə bilməsi üçün onları istehsal etdiyimiz bütün növ içki məhsullarımızın tərkibi ilə bağlı məlumatlandırırıq.
Şəkərli diabetin risk faktorları ilə bağlı ətraflı məlumat almaq üçün həkimə müraciət etməyinizi tövsiyə edirik.