“MUSİQİ 2024” TİRAJLI STİMULLAŞDIRICI LOTEREYASININ KEÇİRİLMƏ ŞƏRTLƏRİ
“Musiqi 2024” tirajlı stimullaşdırıcı lotereyası (bundan sonra – «Lotereya» adlanacaq) AZ1117, Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ünvanında yerləşən «Azerbaijan Coca‑Cola Bottlers» Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – «Təşkilatçı» adlanacaq) (VÖEN: 9900039011; Əlaqə nömrələri: +994 12 488 08 01/02/03) tərəfindən 12 iyun 2024-cü il və 4 Sentyabr 2024-cü il tarixləri arasında Azərbaycan Respublikasında təşkil edilir.
BÖLMƏ 1. LOTEREYADA İŞTİRAK EDƏN QABLAŞDIRMA VƏ ƏMTƏƏ NİŞANLARI
Lotereya iştirakçısı (bundan sonra “İştirakçı” adlandırılacaq) olmaq üçün təşkilatçı tərəfindən istehsal edilmiş 0.5 L ölçülü plastik qablarda xüsusi etiketi və qızılı qapaqla (bundan sonra “Qapaq (lar)” adlanacaq) olan “Coca‑Cola” Classic, “Coca‑Cola” Sıfır Şəkər, “Fanta” Portağal və ya “Sprite”məhsullarından (bundan sonra “Məhsul (lar)” adlanacaq) birini almaq zəruridir.
Bütün təqdim olunan Qapaqlar Təşkilatçı tərəfindən yoxlanılır. Qapaq(lar)ın həqiqiliyinə dair hər hansı bir mübahisənin yaranması halında, yekun qərar Təşkilatçı tərəfindən veriləcəkdir.
BÖLMƏ 2. UDUŞLARIN TƏSVİRİ
2.1. UDUŞ (LAR):
İştirakçılar aşağıda qeyd olunan uduşlardan birini əldə etmək şansına malik olacaqlar:
- Coca‑Cola loqotipi olan səsgücləndirici (qırmızı rəngdə) – 6000 ədəd; - 1 nömrənin həftəlik tirajda hər həftə yalnız 5 ədəd hədiyyə qazanmaq şansı var
- Coca‑Cola loqotipi olan çanta (qara rəngdə) – 1200 ədəd; - 1 nömrənin həftəlik tirajda hər həftə yalnız 5 ədəd hədiyyə qazanmaq şansı var
- Apple Airpods MAX qulaqlıq (qara qəngdə) – 120 ədəd; 1 nömrənin həftəlik tirajda hər həftə yalnız 1 ədəd hədiyyə qazanmaq şansı var
- Apple Watch 9 ağıllı saat (qara rəngdə) – 60 ədəd; - 1 nömrənin həftəlik tirajda hər həftə yalnız 1 ədəd hədiyyə qazanmaq şansı var
- Apple Iphone 15 mobil telefonu (128 GB, qara rəngdə ) – 60 ədəd; - 1 nömrənin həftəlik tirajda hər həftə yalnız 1 ədəd hədiyyə qazanmaq şansı var
- Coca‑Cola ilə Ekskluziv Musiqi Təcrübəsi (Xəzər Festivalının Bakı konsertində ekskluziv zonaya 2 nəfərlik giriş) – 12 ədəd; 1 nömrənin həftəlik tirajda hər həftə yalnız 1 ədəd hədiyyə qazanmaq şansı var
Uduş(lar) bundan sonra “Bütün Uduşlar” adlanacaq.
Diqqət! Uduşların ümumi sayı 2.1-ci bənddə qeyd olunan rəqəmlərlə məhdudlaşdırılır. Heç bir halda uduşların ümumi sayı 2.1-ci bənddə göstərilmiş sayları keçməməlidir. 2.1.-ci bənddə həmçinin 1 nömrə tərəfindən həftəlik qazanılması mümkün olan hədiyyələrin maksimum sayı ilə bağlı tətbiq edilən məhdudiyyət də nəzərdə tutulmuşdur.
Heç bir halda Uduş(lar) nağd pulla əvəz edilə bilməz və ya satıla bilməz. Bu şərtlə ziddiyyətli hər hansı bir satış, “The Coca‑Cola Company” şirkətinə məxsus ticarət nişanlarından icazəsiz istifadəsi hesab olunur, müəssisə öz hüquqlarının qorunması və qanunsuz fəaliyyətə xitam verilməsi üçün uyğun hesab etdiyi hər hansı bir hüquqi aktı qəbul etmək hüququna malikdir.
BÖLMƏ 3. UDUŞLARIN ƏLDƏ EDİLMƏSİ QAYDASI
3.1.1 Təşkilatçı tərəfindən istehsal edilmiş 0.5 L ölçülü plastik qablarda xüsusi etiketi və qızılı rəngdə qapağı olan “Coca‑Cola” Classic və ya “Coca‑Cola” Sıfır Şəkər və ya “Fanta” Portağal və ya “Sprite” məhsullarından birini aldıqdan sonra qapağın altında 10 rəqəmdən ibarət unikal kodu (bundan sonra “Kod” adlanacaq) tapa bilərsiniz.10 rəqəmli unikal kod olan qapaqlar lotereya biletinə bərabər tutulan məlumat daşıyıcısı hesab edilir və məlumat daşıyıcısının nümunəsi hazırkı şərtlərə əlavə edilir.
3.1.2. Aşağıda qeyd olunan üsullardan biri ilə Kodu qeydiyyatdan keçirmək mümkündür:
Telefon vasitəsi ilə qeydiyyatdan keçməklə – “7676” nömrəsinə kodu SMS vasitəsilə göndərməklə (SMS-in göndərilməsi bütün mobil operatorlar üçün pulsuzdur).
İnternet saytı vasitəsilə pulsuz qeydiyyatdan keçməklə – www.music.coca-cola.az internet saytı vasitəsilə (bundan sonra “İnternet sayt” adlandırılacaq) kodu qeydiyyatdan keçirməklə.
Hər Kod yalnız bir dəfə aktivləşdirilə bilər. İştirakçılar, Kodun internet saytında qeydiyyatdan keçirilməsi üçün internet xidmətlərinin ödənişini özləri həyata keçirirlər.
Kodunuzu qeydiyyata aldığınız anda SMS olaraq və ya İnternet saytın Kod Aktivləşdirmə Sahəsində “Musiqi 2024” Tirajlı Stimullaşdırıcı Lotereyasında iştirak üçün qeydiyyatdan keçdiyinizi söyləyən mesaj alacaqsınız.
Təşkilatçı provayder tərəfindən göndərilən və ya göndərilməli olan məlumatların əldə edilməsinə görə heç bir məsuliyyət daşımır. Bu qəbildən olan çətinliklər müvafiq provayder ilə iştirakçı arasında həll edilməlidir.
3.1.3.Bütün uduşlar üçün tirajların keçirilməsi aşağıdakı tarixlərdə hər çərşənbə günü aparılır.
Tiraj№1 - 19 iyun 2024
- 6000 ədəd Coca‑Cola loqotipi olan səsgücləndiricidən (qırmızı rəngdə) 500 ədədi
- 1200 ədəd Coca‑Cola loqotipi olan çantadan (qara rəngdə) 100 ədədi
- 120 ədəd Apple Airpods MAX qulaqlıqdan (qara qəngdə) 10 ədədi
- 60 ədəd Apple Watch 9 ağıllı saatdan (qara rəngdə) 5 ədədi
- 60 ədəd Apple Iphone 15 mobil telefonundan (128 GB, qara rəngdə ) 5 ədədi
- 12 ədəd Coca‑Cola ilə Ekskluziv Musiqi Təcrübəsi (Xəzər Festivalının Bakı konsertində ekskluziv zonaya 2 nəfərlik giriş) uduşundan 2 ədədi
Tiraj№ 2 – 26 iyun 2024

Tiraj№ 3 – 3 iyul 2024

Tiraj№ 4 - 10 iyul 2024

Tiraj№ 5 - 17 iyul 2024

Tiraj№ 6 - 24 iyul 2024

Tiraj №7 – 31 iyul 2024

Tiraj №8 – 7 Avqust 2024

Tiraj № 9 – 14 avqust 2024

Tiraj № 10 – 21 avqust 2024

Tiraj № 11–28 avqust 2024

Tiraj № 12 – 4 Senytabr 2024

3.1.4. Qalibin seçilməsi iştirakçılar arasından qalibi təsadüfi (random) yolla seçiləcək, http://www.oyna.az/coca-cola.lototron internet saytı vasitəsilə həyata keçiriləcəkdir (İştirakçılar tərəfindən göndərilən Kodların siyahısı sözügedən random lototron proqramına əlavə edilir və daha sonra “START” və “STOP” düymələri vasitəsi ilə qaliblərin seçilməsi həyata keçirilir). Hər seçimlə Təşkilatçı Qalibləri müəyyənləşdirəcəkdir. Qaliblər müəyyənləşdirildikdən sonra, İştirakçının seçim nəticələri Kodun aktivləşdirilməsi üçün istifadə olunan telefon nömrəsinə göndərilir və ya iştirakçı Kodu Veb sayt vasitəsilə qeydiyyatdan keçirirsə, lotereyanın nəticələri onun telefon nömrəsinə və ya elektron poçt ünvanın göndərilir.
3.2. Lotereyanın uduş fondunun qanunvericiliyə uyğun oynanılmasına nəzarəti 5 (beş) nəfərdən ibarət tiraj komissiyası həyata keçirəcəkdir. (Tiraj komissiyasının üzvləri haqqında məlumat uduş fondunun oynanılmasına azı 1 (bir) iş günü qalmış AR İqtisadiyyat Nazirliyinə təqdim olunacaqdır).
BÖLMƏ 4. GERİ ALINMANIN QAYDALARI
4.1. Bütün İştirakçıların ən azı 18 yaşı olmalıdır.
4.2 Qaliblər hər həftə www.music.coca-cola.az Veb saytı vasitəsilə elan ediləcəkdir.
4.3 Bu Lotereyada iştirak etməklə adınız, soyadınız və telefon nömrənizin bu və ya digər platformalarda qalibiyyətlə əlaqədar istifadə ediləcəyini qəbul edirsiniz və razılıq verirsiniz.
4.4 Uduşları qazandığınız halda, aşağıda sadalananları təqdim edərək lotereyanın təşkilatçısına müraciət etməlisiniz (i) qazanan kodu (kod olan qapağı) (ii) şəxsiyyətini təsdiqləyən sənədin əsli və ya surəti.
music.coca-cola.az İnternet Saytında Uduşların təqdim edilməsi yerləri haqqında ətraflı məlumat əldə edə bilərsiniz.
Uduş (31 Avqust 2024-cü ildə Azərbaycanın Bakı şəhərində keçiriləcək Xəzər Festivalına biletlər istisna olmaqla) sahibləri uduşlarını almaq üçün tirajın uduş fondunun oynanıldığı tarixdən etibarən 90 iş günü ərzində 088 4441 telefon nömrəsi (bundan sonra “Qaynar Xətt”) ilə əlaqə saxlamalıdırlar. Uduşlu kodların qəbul edilməsi (31 Avqust 2024-cü ildə Azərbaycanın Bakı şəhərində keçiriləcək Xəzər Festivalına biletlər istisna olmaqla) müddəti həmin tiraj üzrə uduş fondu oynanıldığı tarixdən etibarən 7 (yeddi) iş günündən gec olmayaraq başlamalı və 90 (doxsan) iş günündən az olmamalıdır. Lotereyanın təşkilatçısı tərəfindən uduşlu kodların qəbul edilməsindən sonra 30 (otuz) iş günündən gec olmayaraq Uduşlar sahibinə veriləcəkdir.
4.5. Coca‑Cola ilə Ekskluziv Musiqi Təcrübəsi (31 Avqust 2024-cü ildə keçiriləcək Xəzər Festivalının Bakı konsertində ekskluziv zonaya 2 nəfərlik giriş) udan şəxs Festivalın keçirəcəyi tarixləri nəzərə ən geci 07 avqust 2024-cü il tarixədək Qaynar Xətt ilə əlaqə saxlamalıdır. Bu müddət ərzində bileti udan şəxs öz biletini başqa şəxsə ötürə bilər. Biletlər satışa çıxarıla bilməz. Bilet ötürülmüş şəxs Lotereya şərtləri ilə tanış olmalı və bu şərtlərə əməl etməlidir. Təşkilatçı tərəfindən sözügedən uduşu udan və onunla gedən şəxsin (və ya bilet ötürülən digər şəxsin) Təşkilatçı tərəfindən müəyyən edilən və onun tərəfindən təşkil edilən Bakı şəhərində yerləşən 5 ulduzlu otellərin birində qalma xərcləri 31.08.24-01.09.24 tarixlərini əhatə edir. Təşkilatçı bileti udan şəxsin (o cümlədən onunla gedən digər şəxsin və ya bilet ötürülən digər şəxsin) sözügedən konsertdə hər hansı səbəbdən iştirak edə bilməməsinə görə heç bir məsuliyyət daşımır.
Qalib İştirakçı 07 avqust 2024-cü il tarixədək Qaynar Xətt ilə əlaqə saxlamazsa və ya əlaqə saxlanılsa belə konsertdə iştirak etməzsə bu zaman o, 31 Avqust 2024-cü ildə keçiriləcək Xəzər Festivalının Bakı konsertində tədbir başa çatdığından iştirak hüququnu itirir. Buna baxmayaraq həmin İştirakçı tirajın uduş fondunun oynanıldığı tarixdən etibarən 90 iş günü ərzində Qaynar Xətt ilə əlaqə saxlamaqla Təşkilatçı tərəfindən müəyyən edilən və onun tərəfindən təşkil edilən Bakı şəhərində yerləşən 5 ulduzlu otellərin birində 1 (bir) gecə qalmaq hüququnu özündə saxlayır. Təşkilatçı otelə gəlmək və otelden getməklə bağlı xərcləri qarşılamır.
4.6. Uduşların Qalibindən Təşkilatçının ofisində aşağıdakı məlumatları və şəxsi məlumatları təqdim edən anket doldurmaq tələb olunur:
- Soyad,
- Adı,
- Atasının adı,
- Doğum tarixi, ayı və ili,
- Sahə kodu ilə əlaqə telefon nömrəsi,
- Operator kodu olan mobil telefon nömrəsi,
- Yaşayış ünvanı,
- Elektron poçt ünvanı,
- Qalib gələn Kod (Kod olan Qapaq).
4.7. Uduş(lar)ı qazanmaq şansına sahib olmaq üçün Qazanan Qapaqları Təşkilatçıya təqdim etmək üçün saxlayın. Kod qeydiyyata alınan şəxs eyni kodla qapağı təqdim edə bilmədiyi təqdirdə Kod etibarsız sayılacaqdır.
4.8. Kodu qeydiyyatdan keçirməklə İştirakçı Lotereyada iştirak etmək hüququna malik olduğunu və avtomatik olaraq bu Qaydaların bütün müddəalarına riayət etməli olduğunu təsdiq edir.
4.9. Təşkilatçı, İştirakçıların Uduşların verilmə məntəqələrinə gətirilməsi (yol xərci) və ya Lotereyada iştirak etməsi (internet şəbəkəsinin olması və s.) ilə əlaqədar yarana biləcək xərclərə görə məsuliyyət daşımır.
BÖLMƏ 5. LOTEREYADA İŞTİRAK ETMƏK HÜQUQU OLAN ŞƏXSLƏR
5.1. Coca‑Cola Meşrubat Pazarlama Danışmanlık Sanayi ve Ticaret A.Ş.-nin, TCCC Azərbaycanın, Təşkilatçının, onların qanuni təmsilçilərinin, Lotereya ilə əlaqədar reklam və / və ya agentliklər, iştirakçı distributorlar və ya satış outletlərinin (əgər varsa) törəmə şirkətləri, filialları və əlaqədar şirkətlərinin işçiləri, həmçinin yuxarıda sadalananların yaxın ailə üzvləri istisna olmaqla, Azərbaycan Respublikasında yaşayan 18 yaşdan yuxarı olan bütün şəxslər hazırkı Lotereyada iştirak edə bilərlər.
5.2. Təşkilatçı və / və ya Təşkilatçının müqavilə bağladığı şəxslər istənilən şəxsdən yaşını təsdiq edən sənədləri tələb etmək hüququna malikdir (lakin məcburiyyət daşımır) və bu Rəsmi Qaydaların 5.1-ci hissəsində göstərilən yaşdan aşağı olan şəxsə uduşların verilməsindən imtina etmək hüququnu özündə saxlayır. (sənədlərində təsdiqlənmiş şəxsə)
BÖLMƏ 6. TƏLƏBLƏR VƏ QAPAQLAR
6.1. Bütün uduşlar yalnız həqiqi uduş kodunun əks olunduğu qapağı təqdim edən İştirakçıya təqdim ediləcəkdir.
6.2. Təşkilatçı İştirakçı tərəfindən təqdim olunan qapağın həqiqiliyinin aydın şəkildə müəyyənləşdirilə bilməsini təmin etmək üçün onların üzərində hər hansı gizli simvol və/ və ya gizli kod və / və ya rəqəm və / və ya hərflər (bundan sonra birlikdə “Gizli Kod (lar)” adlanacaq) çap etmək, möhürləmək və yerləşdirmək hüququna malikdir. Hər hansı bir mübahisə yarandığı halda, Təşkilatçı hazırkı qaydalarda göstərildiyi kimi iddiaların təqdim edilməsi üçün sonuncu günədək Gizli Kodun nə olduğunu açıqlamamaq hüququnu özündə saxlayır. Hazırkı Lotereyada iştirak etməklə İştirakçılar xüsusi olaraq razılaşırlar ki, bu məlumatın açıqlanmaması hüququna heç bir şəkildə etiraz edə bilməzlər.
6.3.Qapaq dəyişikliyə məruz qaldıqda, saxta olduqda, zədələndikdə, çirkləndikdə, tipoloji və digər xətalara malik olduqda, kod açıq şəkildə oxuna bilmədikdə qanunsuz şəkildə əldə edildikdə yaxud Lotereyanın qayda və şərtlərinə uyğun gəlmədikdə Təşkilatçı həmin Qapaq və ya Qapaqları etibarsız hesab etmək hüququna malikdir. Təşkilatçı etibarsız qapaqlar ilə bağlı hər hansı bir iddianı rədd etmək hüququnu özündə saxlayır. Üzərində Gizli Kodun əks olunduğu hər hansı bir qapağın etibarlılığı və ya etibarsızlığı ilə mübahisə yarandıqda və ya həmin etibarsız qapağın dəyişdirilməsi tələb edildikdə, Təşkilatçının hazırkı şərtlərin 4-cü bölməsində Gizli Kodla bağlı qeyd olunan qaydalara əsaslanan qərarı yekun hesab edilməlidir.
6.4. Təşkilatçı və / və ya Təşkilatçının müqavilə bağladığı şəxslər etibarsız və ya rədd edilmiş qapaq ilə bağlı hər hansı bir izahat vermək məcburiyyətində deyil.
BÖLMƏ 7. QALİBLƏRİN RAZILIĞI
7.1. Uduşların İştirakçılara təqdim edilməsi media, audio yazı, foto və video çəkilişlərinin cəlb edilməsi ilə ictimai tədbir kimi təşkil edilir. İştirakçı qalib olduğu və yazılı razılıq verdiyi halda Təşkilatçı onun adını, foto/video şəkillərini və audio yazılarını audio, foto və video materiallarda ictimailəşdirə və istifadə edə bilər. Təşkilatçı, yuxarıda göstərilən ictimai tədbir təşkil edildikdə İştirakçıları və müşayiət edəcək şəxsləri bu ön şərt barədə məlumatlandırmalıdır.
BÖLMƏ 8. XƏRCLƏR VƏ VERGİLƏR
Bütün uduşların alınması ilə əlaqədar yarana biləcək digər xərclər (yol xərci və s.) və məcburi öhdəliklər İştirakçı tərəfindən ödənilir.
BÖLMƏ 9. LOTEREYA ŞƏRTLƏRİNİN DƏYİŞDİRİLMƏSİ VƏ YA LƏĞV EDİLMƏSİ
Təşkilatçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin icazəsi əsasında Lotereyanı ləğv etmək, həmçinin hazırkı Qaydalara dəyişikliklər etmək hüququnu özündə saxlayır.
Təşkilatçı bu dəyişiklikləri, lotereyanın ləğvi barədə məlumatı Təşkilatçı tərəfindən seçilən milli qəzetdə və ya Veb saytında ("Elan") elan etməlidir. Bu cür elan istehlakçılara Lotereyanın ləğvi və ya dəyişdirilməsi barədə məlumat vermək və bu rəsmi qaydalar barədə məlumat vermək üçün kifayət edəcəkdir.
BÖLMƏ 10. UDUŞLARIN PUL EKVİVALENTİ İLƏ ƏVƏZ OLUNMASININ VƏ YENİDƏN SATIŞININ MÜMKÜNSÜZLÜYÜ
10.1. Heç bir halda Uduşlar pul ekvivalenti ilə əvəz oluna bilməz.
10.2. Bu şərtə zidd olan hər hansı satış The Coca‑Cola Company-nin sahib olduğu əmtəə nişan(lar)ının icazəsiz istifadə edilməsi kimi qiymətləndiriləcəkdir.
BÖLMƏ 11. COCA-COLA ŞİRKƏTİNİN (TCCC) ƏMTƏƏ NİŞANLARI
11.1. Lotereyanın keçirilməsi şərtlərində heç bir müddəa iştirakçıya TCCC-nin yuxarıda göstərilən əmtəə nişanlarından istifadəsinə görə sahiblik və ya mənfəət hüququnu verilməsini ehtiva edə bilməz. Nə Lotereyanın keçirilməsi şərtlərinin müddəaları və nə də Lotereyada iştirak, İştirakçıya marketinq və reklam məqsədləri, həmçinin Lotereyaya aid olmayan digər məqsədlər üçün (TCCC-nin əvvəlcədən yazılı razılığı olmadan) TCCC və Təşkilatçının adı, loqosu, əmtəə nişanları və ya müəllif hüquqlarının istifadə edilməsinə və ya qeyd edilməsinə dair hüquqlar vermir. İştirakçı TCCC-nin əmtəə nişanlarının etibarlılığını və TCCC-nin mülkiyyət hüququnu qəbul edir və onları heç vaxt sorğulamayacaq.
11.2. İştirakçı TCCC marka hüquqlarına dair şərtlərin müddəalarını pozduqda, İştirakçı Təşkilatçının ilkin tələbi əsasında bu pozuntu ilə əlaqədar Təşkilatçının və və/və ya TCCC-nin və/və ya digər səlahiyyətli təminatçının və/və ya digər ərazidə TCCC əmtəə nişanlı malların distributorunun üzləşdiyi bütün itkilərə dair təzminat təmin etməli və Təşkilatçı da bu təzminatı İştirakçıdan tələb etməlidir.
BÖLMƏ 12. LOTEREYANIN KEÇİRİLMƏ QAYDALARI
Lotereyanın Keçirilmə Qaydalarını bu Lotereyada iştirak edən satış nöqtələrində və ya internet saytdan əldə edə bilərsiniz.
Lotereya şərtləri barədə ətraflı məlumat lotereya iştirakçılarına elektron formada (elektron poçt ünvanına və ya mobil nömrəyə məlumatın göndərilməsi yolu ilə) təqdim ediləcəkdir.
Əlavə məlumat üçün, lütfən, qaynar xətt nömrəsinə zəng edin: 088 4441 (pulsuz zəng) və ya yuxarıda qeyd olunan internet saytına daxil olun.
HAZIRKI LOTEREYADA İŞTİRAK ETMƏKLƏ BÜTÜN İŞTİRAKÇILAR AVTOMATİK OLARAQ LOTEREYAYA DAİR HAZIRKI QAYDALARIN/ ŞƏRTLƏRİN MƏTNİNİ HEÇ BİR MƏHDUDİYYƏT VƏ İSTİSNA OLMADAN DİQQƏTLƏ OXUDUQLARINA, ANLADIQLARINA VƏ QƏBUL ETDİKLƏRİNƏ DAİR RAZILIQ VERMİŞ HESAB EDİLİRLƏR.
“COCA-COLA”, “COKE”, “COCA-COLA ZERO”, “COKE ZERO”, Kontur Şüşə və Dinamik Lent “The Coca‑Cola Company”-Nin qeydiyyata alınmış əmtəə nişanlarıdır. © 2024