“MUSİQİ 2025” TİRAJLI STİMULLAŞDIRICI LOTEREYASININ KEÇİRİLMƏ ŞƏRTLƏRİ

“Musiqi 2025” tirajlı stimullaşdırıcı lotereyası (bundan sonra – «Lotereya» adlanacaq) AZ1117, Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ünvanında yerləşən «Azerbaijan Coca‑Cola Bottlers» Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – «Təşkilatçı» adlanacaq) (VÖEN: 9900039011; Əlaqə nömrələri: +994 12 488 08 01/02/03) tərəfindən 03 iyul 2025-ci il və 10 Sentyabr 2025-ci il tarixləri arasında Azərbaycan Respublikasında təşkil edilir.

BÖLMƏ 1. LOTEREYADA İŞTİRAK EDƏN QABLAŞDIRMA VƏ ƏMTƏƏ NİŞANLARI

Lotereya iştirakçısı (bundan sonra “İştirakçı” adlandırılacaq) olmaq üçün təşkilatçı tərəfindən istehsal edilmiş 0.5 L ölçülü plastik qablarda xüsusi etiketi və sarı qapaqla (bundan sonra “Qapaq (lar)” adlanacaq) olan “CocaCola” Classic, “Coca‑Cola” Sıfır Şəkər, “Fanta” Portağal və ya “Sprite”məhsullarından (bundan sonra “Məhsul (lar)” adlanacaq) birini almaq zəruridir. Bütün təqdim olunan Qapaqlar Təşkilatçı tərəfindən yoxlanılır. 

BÖLMƏ 2. UDUŞLARIN TƏSVİRİ

2.1. UDUŞ (LAR):

İştirakçılar aşağıda qeyd olunan uduşlardan birini əldə etmək şansına malik olacaqlar:

  • Coca‑Cola loqotipi olan səsgücləndirici (qırmızı rəngdə) – 6500 ədəd; - 1 mobil nömrənin həftəlik tirajda hər həftə yalnız 5 ədəd uduş qazanmaq şansı var; 
  • Coca‑Cola loqotipi olan çanta (qara rəngdə) – 2000 ədəd; - 1 mobil nömrənin həftəlik tirajda hər həftə yalnız 5 ədəd uduş qazanmaq şansı var; 
  • Apple Iphone 16E mobil telefonu (128 GB, qara rəngdə ) – 60 ədəd; - 1 mobil nömrənin həftəlik tirajda hər həftə yalnız 1 ədəd uduş qazanmaq şansı var; 
  • Apple Airpods 4 qulaqlıq (ağ rəngdə) – 200 ədəd;- 1 mobil nömrənin həftəlik tirajda hər həftə yalnız 1 ədəd uduş qazanmaq şansı var; 
  • Apple Ipad Mini (128 GB, boz rəngdə) – 100 ədəd; - 1 mobil nömrənin həftəlik tirajda hər həftə yalnız 1 ədəd uduş qazanmaq şansı var 
  • 06 sentyabr 2025-ci il tarixdə Bakıda keçiriləcək Jah Khalib konsertində Ekskluziv Musiqi Təcrübəsinə ikinəfərlik bilet– 12 ədəd; -bu uduş ilk 6 həftədə keçiriləcək həftəlik tirajda oynanılacaq – 1 mobil nömrənin həftəlik tirajda hər həftə yalnız 1 ədəd uduş qazanmaq şansı var

Diqqət! Uduşların ümumi sayı 2.1-ci bənddə qeyd olunan rəqəmlərlə məhdudlaşdırılır. 2.1.-ci bənddə həmçinin 1 mobil nömrə tərəfindən həftəlik qazanılması mümkün olan uduşların maksimum sayı ilə bağlı tətbiq edilən məhdudiyyət də nəzərdə tutulmuşdur. Heç bir halda Uduş(lar) nağd pulla əvəz edilə bilməz və ya satıla bilməz.

BÖLMƏ 3. UDUŞLARIN ƏLDƏ EDİLMƏSİ QAYDASI

3.1.1 Lotereya Məhsullarından birini aldıqdan sonra qapağın altında 10 rəqəmdən ibarət unikal kodu (bundan sonra “Kod” adlanacaq) tapa bilərsiniz.

3.1.2. Aşağıda qeyd olunan üsullardan biri ilə Kodu qeydiyyatdan keçirmək mümkündür:

  • Telefon vasitəsi ilə qeydiyyatdan keçməklə – “7676” nömrəsinə kodu SMS vasitəsilə göndərməklə (SMSin göndərilməsi bütün mobil operatorlar üçün pulsuzdur). Kodunuzu qeydiyyata aldığınız anda SMS olaraq “Musiqi 2025” Tirajlı Stimullaşdırıcı Lotereyasında iştirak üçün qeydiyyatdan keçdiyinizi söyləyən mesaj alacaqsınız. Hər dəfə ayrı-ayrı kodları qeydiyyatdan keçirdikdə, gələn mesajda eyni zamanda hər tiraj üçün qeydiyyatdan keçirilən ümumi kodların sayı barədə məlumat veriləcəkdir. 
  • “Telegram” sosial şəbəkəsində pulsuz qeydiyyatdan keçməklə (Telegram Bot mexanizmi) – İştirakçı QR kodu skan edir və bota daxil olur. Ad,soyad,telefon nömrəsi və yaşadığı şəhəri daxil edərək qeydiyyatdan keçir. “Qapağın altındakı kodu daxil et” düyməsini sıxır və açılan səhifədə topladığı kodları daxil edir. Sonra yenidən kod daxil etmək istədikdə sadəcə bota daxil olaraq bunu edə bilər yenidən qeydiyyatdan keçməyə ehtiyac qalmır. Əvvəlki kodlar barədə məlumat orada göstərilir. Daxil etdiyi kodlardan lotoreyada uduş qazananı olduqda bu barədə Telegram botdan bildiriş gəlir.  

Hər Kod yalnız bir dəfə aktivləşdirilə bilər

3.1.3.Bütün uduşlar üçün tirajlar 10 həftə ərzində hər Çərşənbə günü aparılır. Tirajların keçirilmə tarixləri: 09 iyul 2025; 16 iyul 2025; 23 iyul 2025; 30 iyul 2025; 06 avqust 2025; 13 avqust 2025; 20 avqust 2025; 27 avqust 2025; 03 sentyabr 2025; 10 sentyabr 2025.

Hər tirajda uduşlar aşağıdakı sayda oynanılır:

  • 6500 ədəd Coca‑Cola loqotipi olan səs gücləndiricidən (qırmızı rəngdə) 650 ədədi 
  • 2000 ədəd Coca‑Cola loqotipi olan çantadan (qara rəngdə) 200 ədədi 
  • 60 ədəd Apple Iphone 16E mobil telefonundan (128 GB, qara rəngdə) 6 ədədi 
  • 200 ədəd Apple Airpods 4 qulaqlıqdan (ağ rəngdə) 20 ədədi 
  • 100 ədəd Apple Ipad Minidən (128 GB, boz rəngdə) 10 ədədi 
  • 12 ədəd 06 sentyabr 2025-ci il tarixdə Bakıda keçiriləcək Jah Khalib konsertində Ekskluziv Musiqi Təcrübəsinə ikinəfərlik biletdən 2 ədədi. Bu uduş yalnız ilk 6 həftə keçiriləcək tirajda oynanılacaq

3.1.4. Lotereya iştirakçıları tərəfindən göndərilən Kodların siyahısı http://www.oyna.az/coca-cola.lototron internet saytına əlavə edilir və daha sonra “START” və “STOP” düymələri vasitəsi ilə qaliblərin seçilməsi təsadüfi (random) yolu ilə həyata keçirilir. Qaliblər müəyyənləşdirildikdən sonra, lotereyanın nəticələri qalibin telefon nömrəsinə və ya elektron poçtuna göndərilir. Qaliblər hər həftə www.music.coca-cola.az Veb saytında elan ediləcəkdir. Lotereyada iştirak etməklə qaliblər tam adını və / və ya telefon nömrəsini (telefon nömrəsinin bəzi rəqəmləri ulduzlarla işarə olunacaq) bu və ya digər platformalarda qeyd ediləcəyini qəbul edir və buna razılıq verirlər.

3.2 Lotereyanın uduş fondunun qanunvericiliyə uyğun oynanılmasına nəzarəti 5 (beş) nəfərdən ibarət tiraj komissiyası həyata keçirəcəkdir.

3.3.1. Qaliblər tirajın uduş fondunun oynanıldığı tarixdən etibarən 90 iş günü ərzində kod olan qapağını və şəxsiyyət vəsiqəsinin əslini music.coca-cola.az İnternet Saytında Uduşların təqdim edilməsi ünvanlarından birinə müraciət edərək və 088 4441 telefon nömrəsi (bundan sonra “Qaynar xətt” adlandırılacaq) ilə əlaqə saxlayaraq əldə edə bilərlər. Lotereyanın təşkilatçısı tərəfindən uduşlu kodların qəbul edilməsindən sonra 30 (otuz) iş günündən gec olmayaraq (06 sentyabr 2025-ci il tarixdə Bakıda keçiriləcək VIP Concert Experience (Jah Khalib) konsertinə ikinəfərlik biletləri istisna olmaqla) Uduşlar sahibinə veriləcəkdir.

3.3.2. Konsertin keçirilmə tarixini nəzərə alaraq, 06 sentyabr 2025-ci il tarixdə Bakıda keçiriləcək Jah Khalib konsertində Ekskluziv Musiqi Təcrübəsinə ikinəfərlik biletləri əldə etmək üçün qaliblər tirajın uduş fondunun oynanıldığı tarixdən etibarən 20 avqust 2025-ci il tarixədək müraciət etməlidirlər. Bu müddət ərzində bileti udan şəxs öz biletini başqa şəxsə ötürə bilər. Biletlər satışa çıxarıla bilməz. Bilet ötürülmüş şəxs Lotereya şərtləri ilə tanış olmalı və bu şərtlərə əməl etməlidir. Təşkilatçı tərəfindən sözügedən uduşu udan və onunla gedən şəxsin (və ya bilet ötürülən digər şəxsin) Təşkilatçı tərəfindən müəyyən edilən və onun tərəfindən təşkil edilən Bakı şəhərində yerləşən 5 ulduzlu otellərin birində qalma xərcləri 06.09.25-07.09.25 tarixlərini əhatə edir. Qalib 20 avqust 2025-ci il tarixədək Qaynar Xətt ilə əlaqə saxlamazsa və ya əlaqə saxlanılsa belə konsertdə iştirak etməzsə bu zaman o, 06 sentyabr 2025-ci ildə keçiriləcək konsertində tədbir başa çatdığından iştirak hüququnu itirir. Buna baxmayaraq həmin Qalib tirajın uduş fondunun oynanıldığı tarixdən etibarən 90 iş günü ərzində Qaynar Xətt ilə əlaqə saxlamaqla Təşkilatçı tərəfindən müəyyən edilən və onun tərəfindən təşkil edilən Bakı şəhərində yerləşən 5 ulduzlu otellərin birində 1 (bir) gecə qalmaq hüququnu özündə saxlayır. Təşkilatçı otelə gəlmək və oteldən getməklə bağlı xərcləri qarşılamır.

3.4. Lotereya Bakı şəhəri, Fətəli xan Xoyski küçəsi, 14 ünvanda yerləşən “Gənclik Mall” da -1 mərtəbəsində keçiriləcəkdir.

BÖLMƏ 4. LOTEREYADA İŞTİRAK ETMƏK HÜQUQU OLAN ŞƏXSLƏR

4.1. Coca‑Cola Meşrubat Pazarlama Danışmanlık Sanayi ve Ticaret A.Ş.-nin, Təşkilatçının, onların qanuni təmsilçilərinin, Lotereya ilə əlaqədar reklam və / və ya agentliklər, iştirakçı distributorlar və ya satış outletlərinin (əgər varsa) törəmə şirkətləri, filialları və əlaqədar şirkətlərinin işçiləri, həmçinin yuxarıda sadalananların yaxın ailə üzvləri istisna olmaqla, Azərbaycan Respublikasında yaşayan 18 yaşdan yuxarı olan bütün şəxslər hazırkı Lotereyada iştirak edə bilərlər.

BÖLMƏ 5. QALİBLƏRİN RAZILIĞI

5.1. Uduşların İştirakçılara təqdim edilməsi media, audio yazı, foto və video çəkilişlərinin cəlb edilməsi ilə ictimai tədbir kimi təşkil edilir. İştirakçı qalib olduğu və yazılı razılıq verdiyi halda Təşkilatçı onun adını, foto/video şəkillərini və audio yazılarını audio, foto və video materiallarda ictimailəşdirə və istifadə edə bilər. Təşkilatçı, yuxarıda göstərilən ictimai tədbir təşkil edildikdə İştirakçıları və müşayiət edəcək şəxsləri bu ön şərt barədə məlumatlandırmalıdır.