“Novruz 2025” Kampaniyası
Azərbaycan dilində |
Azərbaycanda keçirilən “Novruz 2025” kampaniyasının rəsmi şərtləri «Novruz 2025» kampaniyası (bundan sonra “Kampaniya”) hüquqi ünvanı AZ1117, Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi olan “Azerbaijan Coca‑Cola Bottlers” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra “Təşkilatçı”) (VÖEN: 9900039011, əlaqə nömrəsi: +994 12 346 18 00) tərəfindən 10 fevral 2025 – 10 aprel 2025-ci il tarixləri arasında Azərbaycan Respublikasında təşkil edilir.
1. Kampaniyada iştirak edən məhsullar, qablaşdırma və əmtəə nişanları 1.1. Kampaniyada yalnız orijinal və Təşkilatçının istehsal etdiyi məhsulların qablaşdırılmasında istifadə olunan, üzərində "3 Qapağa 1 Çərəz Qabı Hədiyyə" yazılmış qızılı qapaqlı (bundan sonra Qapaq) və xüsusi etiketli 2.5 litr həcmli «Coca‑Cola Classic», «Coca‑Cola Sıfır Şəkər», «Fanta Portağal», «Sprite» məhsulları (bundan sonra “Məhsul”) iştirak edir. 1.2. Kampaniyada iştirak üçün təqdim olunan qapaqlar Təşkilatçı tərəfindən yoxlanılır. Qapaqların həqiqiliyinə dair hər hansı bir mübahisənin yaranması halında, əsaslandırılmış yekun qərar Təşkilatçı və İştirakçının ortaq razılığı əsasında veriləcəkdir.
2. Hədiyyə haqqında məlumat 2.1. Üç qızılı qapağı toplayıb 500 000 (beş yüz min) ədəd 3 (üç) rəngdən ibarət (mavi - 166680, qırmızı - 166680, yaşıl – 166640), buta formalı Coca‑Cola çərəz qablarından birini (“Çərəz Qabı”, “Uduş” və ya “Hədiyyə”) qapaq toplama məntəqələrindən 4-cü bənddə göstərilmiş qaydalar əsasında əldə edə bilərsiniz. 2.2. Kampaniyanın rəsmi şərtlərinə (11-ci bənddə qeyd olunmuşdur) əsasən Kampaniya zamanı 3-cü bənddə əhatə dairəsi göstərilən şəxslərlərə (bundan sonra “İştirakçı”) təqdim olunacaq Hədiyyələrin sayı 2.1-ci bənddə göstərilmiş saya uyğun olmalıdır. 2.3. Kampaniya müddətində nəzərdə tutulmuş büdcə üzrə hədiyyələr tükənərsə Hədiyyəni əldə etmək istəyən İştirakçıların məlumatları Təşkilatçı tərəfindən toplanacaq və 3 (üç) ay ərzində onlar Hədiyyə ilə təmin ediləcək.
3. Kampaniyada iştirak etmək hüququ olan şəxslər 3.1. Məsuliyyətli marketinq siyasətimizə əsasən 14 yaş və yuxarısı olan şəxslər bu Kampaniyada iştirak etmə hüququna malikdirlər. «The Coca‑Cola Company» (bundan sonra “TCCC”), Təşkilatçı, «Coca‑Cola Meşrubat Pazarlama Danışmanlık Sanayi ve Ticaret A.Ş.» və ya onların təsisçisi olduğu şirkətlərin, yerli nümayəndəliklərinin və ya qeyd olunan şirkətlərlə hər hansı formada bağlı olan şirkətlərin əməkdaşları, yaxud yerli nümayəndələri, distribütorları, pərakəndə satıcıları və ya onların ortaq şəxsləri, reklam agentlikləri və bu Kampaniyaya aidiyyatı olan digər agentliklər; həmçinin yuxarıda adları çəkilən subyektlərin ailə üzvləri Kampaniyada iştirak edə bilməzlər.
4. Hədiyyələrin əldə edilməsi qaydası və qapaqlar 4.1. Üzərində “3 Qapağa 1 Çərəz Qabı Hədiyyə” yazısı olan 3 (üç) qızılı qapağı toplayın və “Coca‑Cola” loqolu, buta formalı çərəz qablarından (bundan sonra Hədiyyə) birini siyahısı www.coca-cola.com/az/az rəsmi internet səhifəsində yerləşdiriləcək qapaq dəyişmə məntəqələrindən (bundan sonra “Məntəqə”) əldə edin. 4.2. Qapaq dəyişdirmə məntəqələrinin aydın olması məqsədi ilə qapaq dəyişdirmə məntəqələrində “Qapaq dəyişmə nöqtəsi” yazısı mövcud olmalıdır. 4.3. Hədiyyə əldə etmək hüququ olan İştirakçı bu qaydalarda nəzərdə tutulmuş 3 qapaqla birlikdə Məntəqələrdən birinə yaxınlaşaraq onları təhvil almaq hüququna malik olur. Anbarda Hədiyyə mövcud olduğu təqdirdə onları dərhal götürür, olmadığı hallarda isə Təşkilatçı tərəfindən tələb əsasında Məntəqə Hədiyyələrlə təmin olunduqdan sonra İştirakçı yenidən yaxınlaşaraq onları əldə edir. Eləcə də Hədiyyə əldə etmək hüququ olan İştirakçının Gənclik Mall Məntəqəsindən iş saatları daxilində istənilən vaxt yaxınlaşaraq Hədiyyələri dərhal götürmək hüququ vardır. 5. İmtina haqqında bildiriş 5.1. Kampaniya zamanı Təşkilatçı İştirakçılardan aşağıdakı sənədləri tələb etmək hüququna malikdir: · Kampaniyada iştirak edən məhsulların alışı haqqında qəbz (bundan sonra “Təsdiq Sənədi”). Təsdiq Sənədinin üzərindəki tarix kampaniya müddətini əhatə etməlidir və tələb edilən Təsdiq sənədlərindəki müvafiq kampaniya məhsulu sayı Hədiyyə sayının əvəzində təqdim ediləcək qapaq sayından əskik olmamalıdır. · Hədiyyəni götürmək hüququ olan İştirakçının şəxsiyyətini təsdiq edən hər hansı bir rəsmi sənəd (bundan sonra “Şəxsiyyəti təsdiq edən sənəd”). Təçkilatçının tələb etdiyi halda Təsdiq Sənədi və Şəxsiyyəti təsdiq edən sənədin əsli və ya rəqəmsal surəti təqdim edilmədikdə Təşkilatçının İştirakçıya Hədiyyəni təqdim etməmək hüququ vardır. 5.2. Təşkilatçı İştirakçıların Məntəqəyə gəlmək və Hədiyyəni götürmək (daşımaq, çatdırmaq) üçün çəkdiyi xərc və məsrəflərə görə məsuliyyət daşımır. 5.3. İştirakçılar tərəfindən təqdim edilən qapaqlar Məntəqə və / və ya Təşkilatçı tərəfindən yoxlanılır. Qapaq oğurluq, yazısı oxunmayan, zədələnmiş, dəyişdirilmiş, dublikat olunmuş, surəti yaradılmış, saxtalaşdırılmış, kəsilmiş, cırılmış, üzərində çap və ya digər səhvlər olan, qanuni yolla əldə edilməmiş qanunsuz əldə edildiyi, hər hansı səbəbdən qapaqların orijinal olmadığı və ya təqdim edilən Təsdiq Sənədinin və Şəxsiyyəti təsdiq edən sənədin etibarlı olmadığı təqdirdə Məntəqə və Təşkilatçı Hədiyyələri təqdim etməmək və digər zəruri tədbirlər görmək hüququna malikdir. 5.4. Təşkilatçı İştirakçı tərəfindən təqdim olunan qapağın Hədiyyəli olub-olmadığını dəqiq müəyyən edə bilmək üçün qapaqların altında bir və ya bir neçə məxfi və ya gizli simvol (bundan sonra “Gizli kod”) çap edə / yerləşdirə bilər. Mübahisə yarandığı halda Təşkilatçı bu Qaydalarda göstərilən şəkildə Hədiyyə tələblərinin təqdim edilməsi üçün sonuncu tarixə qədər Gizli kodun nə olduğunu açıqlamamaq hüququnu özündə saxlayır. Bu Kampaniyada iştirak etməklə iştirakçılar xüsusi olaraq razılıq verirlər ki, Təşkilatçının məlumat açıqlamama hüququna heç bir şəkildə etiraz etməyəcəklər. 5.5. Hədiyyəyə dair tələbin etibarlı olması və ya Qapaqların həqiqiliyi barədə mübahisə yarandığı halda, Təşkilatçının əsaslandırılmış qərarı həlledicidir. Təşkilatçı Hədiyyə almaq hüququ yaratmayan Qapaqla bağlı yaranan mübahisələrdə heç bir məsuliyyət daşımır və heç bir əlavə açıqlama vermək məcburiyyətində deyil. 5.6. Təşkilatçı Hədiyyə almaq hüququ yaradan Qapağın sahibinin kim olması ilə bağlı yaranan mübahisələrdə heç bir məsuliyyət daşımır. Təşkilatçıya Qapaqları təqdim edən şəxs Qapağın əsl sahibi hesab ediləcək.
6. Hədiyyələrin pul ekvivalenti ilə əvəz olunmasının mümkünsüzlüyü 6.1. Hədiyyə heç bir halda pul ekvivalenti və ya digər tələblə ilə əvəz oluna bilməz.
7. Səhvlər və standart olmayan qapaqlar 7.1 Çap və ya digər xəta və ya standart olmayan qapaq, yaxud hər hansı səbəbdən Qapaqların üstündəki yazının oxunmazlığı, o cümlədən qapaq istehsalçısının səhvi halında, «The Coca Cola Company», Təşkilatçı, «Coca‑Cola Mesrubat Pazarlama Danismanlik Sanayi ve Ticaret A.S. » və ya onların yerli nümayəndəlikləri və ya yerli nümayəndələr (əgər varsa), iştirak edən distribyutorlar, pərakəndə satıcılar və ya yuxarıda göstərilən şirkətlərdən hər hansı birinin filialları, reklam agentlikləri və bu Aksiya ilə əlaqəli agentliklər heç bir məsuliyyət daşımır.
8. İştirakçıların razılığı 8.1. İştirakçı bəyan edir ki, Hədiyyələrin təqdimatı media, audio yazı, foto və video çəkilişlər şəklində təşkil edilə bilər. Bu Kampaniyaya qoşulduğunda İştirakçı hədiyyə əldə edərsə onun adı, ünvanı, fotoşəkilləri / video təsvirləri və səs qeydləri ictimaiyyətə açıqlana və bu materiallar Təşkilatçı tərəfindən hər hansı bir əlavə razılığa ehtiyac olmadan özünə məxsus materialların hazırlanmasında və bütün platformalarda istifadə edilə bilər.
9. Kampaniyanın rəsmi qaydalarında (şərtlərində) dəyişikliklər. 9.1. Təşkilatçı Kampaniyanın müddətini dəyişdirmək, ləğv etmək, dayandırmaq, qısaltmaq, uzatmaq və s. hüququna malikdir. Təşkilatçı bu dəyişikliklər haqqında elanı öz tərəfindən www.coca-cola.com/az/az internet saytında yerləşdirilməlidir.
10. TCCC-nin əmtəə nişanı 10.1. Bu rəsmi şərtlərin müddəaları İştirakçıya TCCC-nin və Təşkilatçının əvvəlcədən yazılı razılığı olmadan onlara məxsus yuxarıda göstərilən əmtəə nişanlarından istifadəsinə görə mənfəət əldə etmək hüququnu verməsi kimi şərh olunmamalıdır. Rəsmi şərtlərin müddəaları və ya Kampaniyada iştirak etmə, iştirakçıya marketinq və reklam məqsədləri üçün TCCC və Təşkilatçının adını, loqosunu, ticarət nişanlarını, müəllif hüquqlarını Kampaniyaya aid olmayan başqa məqsədlər üçün istifadə etmək, hardasa qeyd etmək hüququnu vermir . 10.2. İştirakçı TCCC əmtəə nişanlarının etibarlılığını və TCCC-nin mülkiyyət hüququnu qəbul edir. 10.3. İştirakçı TCCC əmtəə nişanlarının hüquqlarına dair rəsmi şərtlərin müddəalarını pozduqda, Təşkilatçı İştirakçıdan bu cür pozuntu nəticəsində Təşkilatçıya, TCCC-yə və ya səlahiyyətli qablaşdırma şirkəti və/və ya hər hansı digər ərazidə TCCC əmtəə nişanları ilə işləyən distribüterə dəymiş zərərin əvəzini ödəməlidir. 10.4. Kampaniya zamanı heç bir halda Təşkilatçı və ona xidmət göstərən üçüncü şəxslər tərəfindən təqdim edilən Hədiyyələrin satışı və ya vasitəli satışı həyata keçirilməməlidir. 10.5. Bu qaydalara zidd olan hər hansı satış TCCC-nin əmtəə nişanının icazəsiz istifadəsi kimi qəbul ediləcəkdir, TCCC və ya Təşkilatçı hüquqların qorunması və qanununazid hərəkətlərin qarşısının alınması məqsədi ilə hüquqi tədbirlər görə bilər. 10.6. 10-cu maddə Kampaniya bitdikdən sonra da etibarlıdır.
11. Kampaniyanın şərtləri 11.1. Kampaniyanın rəsmi şərtlərini bu kampaniyada iştirak edən satış nöqtələrində və ya www.coca-cola.az internet səhifəsindən əldə etmək mümkündür. 11.2. Ətraflı məlumat almaq üçün 088 4441 telefon nömrəsinə ödənişsiz zəng vura bilərsiniz.
12. Bəyanat 12.1. Bu Kampaniyada iştirak edən İştirakçılar Kampaniyanın rəsmi qaydalarını oxuduğunu və heç bir istisna olmadan qəbul etdiyini təsdiq etmiş olur. 12.2. “Coca‑Cola”, “Coke”, “Coke Zero”, “Fanta”, “Sprite”, Kontur şüşəsi və Dinamik lent TCCC-nin əmtəə nişanlarıdır.
|
Qapaq Dəyişmə Nöqtələri
“Novruz 2025” kampaniyası çərçivəsində xüsusi etiketli 2.5 litr həcmli «Coca‑Cola Classic», «Coca‑Cola Sıfır Şəkər», «Fanta Portağal», «Sprite» məhsullardakı üzərində “3 qapağa 1 çərəz qabı hədiyyə” yazısı olan qızılı rəngli qapaqları toplayaraq Coca‑Cola loqolu buta formalı çərəz qabı hədiyyə qazana bilərsiniz. Hər 3 (üç) qızılı qapağa bir ədəd çərəz qabı hədiyyə əldə edə bilərsiniz. Daha ətraflı məlumat üçün “Kampaniya şərtləri” bölməsinə keçid edin.
Uduşlu qızılı qapaqları “Qapaq dəyişmə nöqtəsi” yazılı posterləri asılan marketlərdə, həmçinin, aşağıda adları qeyd edilən bütün iri marketlər şəbəkələrində dəyişdirə bilərsiniz:
- Araz Supermarketlər şəbəkəsi
- Grandmart Supermarketlər şəbəkəsi
- Bazarstore Supermarketlər şəbəkəsi
- Tamstore Supermarketlər şəbəkəsi
- Rahat Supermarketlər şəbəkəsi
- Neptun Supermarketlər şəbəkəsi
Qeyd: Qapaq dəyişmə prosesi marketlərin açıq olduğu təqdirdə mümkündür.
Ətraflı məlumat üçün istehlakçı məlumat mərkəzi ilə əlaqə saxlaya bilərsiniz: 088 4441. Zənglər ödənişsizdir.