“MUSİQİ 2023” TİRAJLI STİMULLAŞDIRICI LOTEREYASININ KEÇİRİLMƏ ŞƏRTLƏRİ 
 
“Musiqi 2023” tirajlı stimullaşdırıcı lotereyası (bundan sonra – «Lotereya» adlanacaq) AZ1117, Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ünvanında yerləşən «Azerbaijan Coca‑Cola Bottlers» Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – «Təşkilatçı» adlanacaq) (VÖEN: 9900039011; Əlaqə nömrələri: +994 12 488 08 01/02/03) tərəfindən 1 iyun 2023- cü il və 24 avqust 2023-cü il tarixləri arasında Azərbaycan Respublikasında təşkil edilir.
 
BÖLMƏ 1. LOTEREYADA İŞTİRAK EDƏN QABLAŞDIRMA VƏ ƏMTƏƏ NİŞANLARI

Lotereya iştirakçısı (bundan sonra “İştirakçı” adlandırılacaq) olmaq üçün təşkilatçı tərəfindən istehsal edilmiş 0.5 L ölçülü plastik qablarda xüsusi etiketi və gümüş qapaqla (bundan sonra “Qapaq (lar)” adlanacaq) olan “Coca‑Cola” Classic, “Coca‑Cola” Sıfır Şəkər, “Fanta” Portağal və ya “Sprite” məhsullarından (bundan sonra “Lotereya Məhsulu (ları)” adlanacaq) birini almaq zəruridir.

Bütün təqdim olunan Qapaqlar Təşkilatçı tərəfindən yoxlanılır. Qapaq(lar)ın həqiqiliyinə dair hər hansı bir mübahisənin yaranması halında, yekun qərar Təşkilatçı tərəfindən veriləcəkdir. 

BÖLMƏ 2. UDUŞLARIN TƏSVİRİ

2.1. UDUŞ (LAR):

İştirakçılar aşağıda qeyd olunan uduşlardan birini əldə etmək şansına malik olacaqlar:
 
  • Coca‑Cola loqotipi olan səsgücləndirici (qırmızı rəngdə) – 6000 ədəd; 
  • Coca‑Cola loqotipi olan qulaqcıq (qırmızı rəngdə) – 1800 ədəd;
  • Apple HomePod Mini – ağıllı səsgücləndirici – 240 ədəd; 
  • Apple Airpods Pro (ağ rəngdə)– 120 ədəd;
  • Apple Iphone 14 (128 GB, qırmızı rəngdə ) – 60 ədəd;
  • 9-10 sentyabr 2023-cü ildə Almaniyanın Berlin şəhərində keçiriləcək Lollapalooza Germany 2023 Musiqi Festivalına ikinəfərlik bilet – 12 ədəd

Uduş(lar) bundan sonra “Bütün Uduşlar” adlanacaq. Bir iştirakçı fərqli kodlarla lotereyada istədiyi qədər iştirak edə və buna müvafiq uduş əldə edə bilər.

Diqqət! Uduşların ümumi sayı 2-ci bölmədə qeyd olunan rəqəmlərlə məhdudlaşdırılır. Heç bir halda uduşların ümumi sayı 2-ci bölmədə göstərilmiş sayları keçməməlidir.

Heç bir halda Uduş(lar) nağd pulla əvəz edilə bilməz və ya satıla və ya yenidən satıla bilməz. Bu şərtlə ziddiyyətli hər hansı bir satış, “The Coca‑Cola Company” şirkətinə məxsus ticarət nişanlarından icazəsiz istifadəsi hesab olunur, müəssisə öz hüquqlarının qorunması və qanunsuz fəaliyyətə xitam verilməsi üçün uyğun hesab etdiyi hər hansı bir hüquqi aktı qəbul etmək hüququna malikdir.

BÖLMƏ 3. UDUŞLARIN ƏLDƏ EDİLMƏSİ QAYDASI 

3.1.1 Lotereya məhsullarından birini alın və qapağın altında 10 rəqəmdən ibarət unikal kodu (bundan sonra “Kod” adlanacaq) tapa bilərsiniz.10 rəqəmli unikal kod olan qapaqlar lotereya biletinə bərabər tutulan məlumat daşıyıcısı hesab edilir və məlumat daşıyıcısının nümunəsi hazırkı şərtlərə əlavə edilir.

3.1.2. Aşağıda qeyd olunan üsullardan biri ilə Kodu qeydiyyatdan keçirin:
 
  • Telefon vasitəsi ilə qeydiyyatdan keçin – “7676” nömrəsinə kodu SMS vasitəsilə göndərməklə (SMS-in göndərilməsi bütün mobil operatorlar üçün pulsuzdur). 
  • İnternet saytda pulsuz qeydiyyatdan keçin – www.music.coca-cola.az internet saytında (bundan sonra “İnternet sayt” adlandırılacaq) kodu qeydiyyatdan keçirməklə

Hər Kod yalnız bir dəfə aktivləşdirilə bilər. İştirakçılar, Kodun internet saytında qeydiyyatdan keçirilməsi üçün internet xidmətlərinin ödənişini özləri həyata keçirirlər. 

Kodu qeydiyyata aldığınız anda SMS olaraq və ya İnternet saytın Kod Aktivləşdirmə Sahəsində ““Musiqi 2023” Tirajlı Stimullaşdırıcı Lotereyasındada iştirak üçün qeydiyyatdan keçdiyinizi” söyləyən mesaj alacaqsınız.

3.1.3.Bütün uduşlar üçün tirajların keçirilməsi aşağıdakı tarixlərdə hər cümə axşamı günü aparılır. 
 
Tiraj №1 - 08 iyun 2023
 
  • 6000 ədəd Coca‑Cola loqotipi olan səsgücləndiricidən (qırmızı rəngdə) 500 ədədi 
  • 1800 ədəd Coca‑Cola loqotipi olan qulaqcıqdan (qırmızı rəngdə) 150 ədədi 
  • 240 ədəd Apple HomePod Mini – ağıllı səsgücləndiricidən 20 ədədi 
  • 120 ədəd Apple Airpods Pro-dan (ağ rəngdə) 10 ədədi 
  • 60 ədəd Apple Iphone 14 dən (128 GB, qırmızı rəngdə) 5 ədədi 
  • 12 ədəd 9-10 sentyabr 2023-cü ildə Almaniyanın Berlin şəhərində keçiriləcək Lollapalooza Germany 2023 Musiqi Festivalına ikinəfərlik biletindən 2 ədədi 
     
Tiraj № 2–15 iyun 2023
 
Tiraj № 3–22 iyun 2023 
 
Tiraj №4 - 29 iyun 2023
 
Tiraj № 5 - 06 iyul 2023
 
Tiraj № 6 - 13 iyul 2023 
 
Tiraj №7 – 20 iyul 2023
 
Tiraj № 8–27 iyul 2023 
 
Tiraj № 9 –03 avqust 2023
 
Tiraj № 10–10 avqust 2023 
 
Tiraj № 11–17 avqust 2023 
 
Tiraj № 12–24 avqust 2023 
 
3.1.4. Qalibin seçilməsi iştirakçılar arasından qalibi təsadüfi (random) yolla seçən müvafiq proqram təminatından istifadə edilməklə həyata keçiriləcəkdir (İştirakçılar tərəfindən göndərilən Kodların siyahısı sözügedən random lototron proqramına əlavə edilir və daha sonra “START” və “STOP” düymələri vasitəsi ilə qaliblərin seçilməsi həyata keçirilir). Hər seçimlə Təşkilatçı Qalibləri müəyyənləşdirəcəkdir. Qaliblər müəyyənləşdirildikdən sonra, İştirakçı seçim nəticələri Kodun aktivləşdirilməsi üçün istifadə olunan telefon nömrəsinə göndərilir və ya iştirakçı Kodu Veb sayt vasitəsilə qeyd edirsə, lotereyanın nəticələri onun telefon nömrəsinə və ya elektron poçtuna göndərilir.

3.2 Lotereyanın uduş fondunun qanunvericiliyə uyğun oynanılmasına nəzarəti 5 (beş) nəfərdən ibarət tiraj komissiyası həyata keçirəcəkdir. (Tiraj komissiyasının üzvləri haqqında məlumat uduş fondunun oynanılmasına azı 1 (bir) iş günü qalmış AR İqtisadiyyat Nazirliyinə təqdim olunacaqdır).
 
BÖLMƏ 4. GERİ ALINMANIN QAYDALARI

4.1. Bütün İştirakçıların ən azı 18 yaşı olmalıdır. 

4.2 Qaliblər hər həftə www.music.coca-cola.az Veb saytında elan ediləcəkdir.

4.3 Bu Lotereyada iştirak etməklə qalib olduğunuz halda tam adınızı və / və ya telefon nömrənizi (telefon nömrəsinin bəzi rəqəmləri ulduzlarla işarə olunacaq) bu və ya digər platformalarda qeyd ediləcəyini qəbul edirsiniz və buna razılıq verirsiniz. 

4.4 Uduşları qazandığınız halda, aşağıda sadalananları təqdim edərək lotereyanın təşkilatçısına müraciət etməlisiniz (i) qazanan kodu (kod olan qapağı) (ii) şəxsiyyəti təsdiqləyən sənədin əsli və ya surəti (iii) music.coca-cola.az İnternet Saytında Uduşların təqdim edilməsi yerləri haqqında ətraflı məlumat əldə edə bilərsiniz.
 
  • Uduş (9-10 sentyabr 2023-cü ildə Almaniyanın Berlin şəhərində keçiriləcək Lollapalooza Germany 2023 Musiqi Festivalına biletlər istisna olmaqla) sahibləri uduşlarını almaq üçün tirajın uduş fondunun oynanıldığı tarixdən etibarən 90 iş günü ərzində 088 4441 Çağrı Mərkəzi ilə əlaqə saxlamalıdırlar.
    Uduşlu kodların qəbul edilməsi (9-10 sentyabr 2023-cü ildə Almaniyanın Berlin şəhərində keçiriləcək Lollapalooza Germany 2023 Musiqi Festivalına biletlər istisna olmaqla) müddəti həmin tiraj üzrə uduş fondu oynanıldığı tarixdən etibarən 7 (yeddi) iş günündən gec olmayaraq başlamalı və 90 (doxsan) iş günündən az olmamalıdır.
    Lotereyanın təşkilatçısı tərəfindən uduşlu kodların qəbul edilməsindən sonra 30 (otuz) iş günündən gec olmayaraq Uduşlar sahibinə veriləcəkdir.

4.5. 9-10 sentyabr 2023-cü ildə Almaniyanın Berlin şəhərində keçiriləcək Lollapalooza Germany 2023 Musiqi Festivalına ikinəfərlik bileti udan şəxs Festivalın keçirəcəyi tarixlərini, vizanın alınmasını nəzərə alaraq tirajın uduş fondunun oynanıldığı tarixdən 2 həftə ərzində 088 4441 Çağrı Mərkəzi ilə əlaqə saxlamalıdır. Bu müddət ərzində bileti udan şəxs öz biletini başqa şəxsə ötürə bilər. Biletlər satışa çıxarıla bilməz. Bilet ötürülmüş şəxs Lotereya şərtləri ilə tanış olmalı və bu şərtlərə əməl etməlidir. Təşkilatçı tərəfindən sözügedən uduşu udan şəxsə və onunla gedən şəxs üçün (və ya bilet ötürülən digər şəxsə) uçuş biletin (gediş-dönüş) (Bakı şəhərindən) dəyəri, oteldə qalma xərcləri (07.09.23-11.09.23 tarixləri əhatə edir) və viza üçün ödənilən rüsumun məbləği qarşılanacaqdır. Təşkilatçı viza verilməsindən imtinaya görə və bileti udan şəxsin ( o cümlədən onunla gedən digər şəxsin, bilet ötürülən digər şəxsin) sözügedən konsertdə hər hansı səbəbdən iştirak edə bilməməsinə görə heç bir məsuliyyət daşımır.

4.6 Uduşların Qaliblərindən Təşkilatçının ofisində aşağıdakı məlumatları və şəxsi məlumatları təqdim edən anketin doldurulması tələb olunur: 
 
  • Soyad, 
  • Adı,
  • Atasının adı, 
  • Doğum tarixi, ayı və ili,
  • Sahə kodu ilə əlaqə telefon nömrəsi,
  • Operator kodu olan mobil telefon nömrəsi, 
  • Yaşayış ünvanı, 
  • Elektron poçt ünvanı,
  • Qalib gələn Kod (Kod olan Qapaq).

4.7 Uduş(lar)ı qazanmaq şansına sahib olmaq üçün Qapaqlarını Təşkilatçıya təqdim etmək üçün saxlayın. Kod qeydiyyata alınan şəxs eyni kodla qapağı təqdim edə bilmədiyi təqdirdə Uduş etibarsız sayılacaqdır. 

4.8 Kodu qeydiyyatdan keçirməklə İştirakçı Lotereyada iştirak etmək hüququna malik olduğunu və avtomatik olaraq bu Qaydaların bütün müddəaları ilə bağlı olacağını bəyan edir.

4.9 Təşkilatçı, İştirakçıların Uduşların verilmə məntəqələrinə gətirilməsi (yol xərci) və ya Lotereyada iştirak etməsi (internet şəbəkəsinin olması və s.) ilə əlaqədar yarana biləcək xərclərə görə məsuliyyət daşımır. 
 
BÖLMƏ 5. LOTEREYADA İŞTİRAK ETMƏK HÜQUQU OLAN ŞƏXSLƏR

5.1. Coca‑Cola Meşrubat Pazarlama Danışmanlık Sanayi ve Ticaret A.Ş.-nin, Təşkilatçının, onların qanuni təmsilçilərinin, Lotereya ilə əlaqədar reklam və / və ya agentliklər, iştirakçı distributorlar və ya satış outletlərinin (əgər varsa) törəmə şirkətləri, filialları və əlaqədar şirkətlərinin işçiləri, həmçinin yuxarıda sadalananların yaxın ailə üzvləri istisna olmaqla, Azərbaycan Respublikasında yaşayan 18 yaşdan yuxarı olan bütün şəxslər hazırkı Lotereyada iştirak edə bilərlər. 

5.2. Təşkilatçı və / və ya Mübadilə Mərkəzləri istənilən şəxsdən yaşını təsdiq edən sənədləri tələb etmək hüququna malikdir (lakin məcburiyyət daşımır) və bu Rəsmi Qaydaların 5.1-ci hissəsində göstərilən yaşdan aşağı olan şəxsə uduşların verilməsindən imtina etmək hüququnu özündə saxlayır. (sənədlərində təsdiqlənmiş şəxsə)
 
BÖLMƏ 6. TƏLƏBLƏR VƏ QAPAQLAR

6.1. Bütün uduşlar yalnız həqiqi uduş kodunun əks olunduğu qapağı təqdim edən İştirakçıya təqdim ediləcəkdir.

6.2. Təşkilatçı İştirakçı tərəfindən təqdim olunan qapağın həqiqiliyinin aydın şəkildə müəyyənləşdirilə bilməsini təmin etmək üçün onların üzərində hər hansı gizli simvol və/ və ya gizli kod və / və ya rəqəm və / və ya hərflər (bundan sonra birlikdə “Gizli Kod (lar)” adlanacaq) çap etmək, möhürləmək və yerləşdirmək hüququna malikdir. Hər hansı bir mübahisə yarandığı halda, Təşkilatçı hazırkı qaydalarda göstərildiyi kimi iddiaların təqdim edilməsi üçün sonuncu günədək Gizli Kodun nə olduğunu açıqlamamaq hüququnu özündə saxlayır. Hazırkı Lotereyada iştirak etməklə İştirakçılar xüsusi olaraq razılaşırlar ki, bu məlumatın açıqlanmaması hüququna heç bir şəkildə etiraz edə bilməzlər.

6.3. Qapaq dəyişikliyə məruz qaldıqda, saxta olduqda, zədələndikdə, cızıldıqda, çirkləndikdə, əlavə çap materialını əks etdirdikdə, tipoloji və digər xətalara malik olduqda, qanunsuz şəkildə əldə edildikdə yaxud Lotereyanın qayda və şərtlərinə uyğun gəlmədikdə Təşkilatçı həmin Qapaq və ya Qapaqlarıetibarsız hesab etmək hüququna malikdir. Təşkilatçı etibarsız qapaqlar ilə bağlı hər hansı bir iddianı rədd etmək hüququnu özündə saxlayır. Üzərində Gizli Kodun əks olunduğu hər hansı bir qapağın etibarlılığı və ya etibarsızlığı ilə mübahisə yarandıqda və ya həmin etibarsız qapağın dəyişdirilməsi tələb edildikdə, Təşkilatçının hazırkı şərtlərin 4-cü bölməsində Gizli Kodla bağlı qeyd olunan qaydalara əsaslanan qərarı yekun hesab edilməlidir.

6.4. Təşkilatçı və / və ya Lotereya / Mübadilə Mərkəzi etibarsız və ya rədd edilmiş qapaq ilə bağlı hər hansı bir izahat vermək məcburiyyətində deyil. 
 
BÖLMƏ 7. QALİBLƏRİN RAZILIĞI

7.1. Uduşların İştirakçılara təqdim edilməsi media, audio yazı, foto və video çəkilişlərinin cəlb edilməsi ilə ictimai tədbir kimi təşkil edilir. İştirakçı qalib olduğu və yazılı razılıq verdiyi halda Təşkilatçı onun adını, foto/video şəkillərini və audio yazılarını audio, foto və video materiallarda ictimailəşdirə və istifadə edə bilər. Təşkilatçı, yuxarıda göstərilən ictimai tədbir təşkil edildikdə İştirakçıları və müşayiət edəcək şəxsləri bu ön şərt barədə məlumatlandırmalıdır. 
 
BÖLMƏ 8. XƏRCLƏR VƏ VERGİLƏR

Bütün uduşların alınması ilə əlaqədar yarana biləcək digər xərclər (yol xərci və s.) və məcburi öhdəliklər İştirakçı tərəfindən ödənilir. 

BÖLMƏ 9. LOTEREYA ŞƏRTLƏRİNİN DƏYİŞDİRİLMƏSİ VƏ YA LƏĞV EDİLMƏSİ

Təşkilatçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin icazəsi əsasında Lotereyanı ləğv etmək, təxirə salmaq və ya onun davam etdiyi müddəti azaltmaq və ya uzatmaq, həmçinin hazırkı Qaydalara əlavə və dəyişikliklər etmək hüququnu özündə saxlayır. Təşkilatçı bu dəyişiklikləri, lotereyanın ləğvi barədə məlumatı Təşkilatçı tərəfindən seçilən milli qəzetdə və ya Veb saytında ("Elan") elan etməlidir. Bu cür elan istehlakçılara Lotereyanın ləğvi, uzadılması, yenilənməsi və ya dəyişdirilməsi barədə məlumat vermək və bu rəsmi qaydalar barədə məlumat vermək üçün kifayət edəcəkdir.

BÖLMƏ 10. UDUŞLARIN PUL EKVİVALENTİ İLƏ ƏVƏZ OLUNMASININ VƏ YENİDƏN SATIŞININ MÜMKÜNSÜZLÜYÜ 

10.1. Heç bir halda Uduşlar pul ekvivalenti ilə əvəz oluna bilməz.

10.2. Bu şərtə zidd olan hər hansı satış The Coca‑Cola Company-nin sahib olduğu əmtəə nişan(lar)ının icazəsiz istifadə edilməsi kimi qiymətləndiriləcəkdir. 

BÖLMƏ 11. COCA-COLA ŞİRKƏTİNİN (TCCC) ƏMTƏƏ NİŞANLARI

11.1. Lotereyanın keçirilməsi şərtlərində heç bir müddəa iştirakçıya TCCC-nin yuxarıda göstərilən əmtəə nişanlarından istifadəsinə görə sahiblik və ya mənfəət hüququnu verilməsini ehtiva edə bilməz. Nə Lotereyanın keçirilməsi şərtlərinin müddəaları və nə də Lotereyada iştirak, İştirakçıya marketinq və reklam məqsədləri, həmçinin Lotereyaya aid olmayan digər məqsədlər üçün (TCCC-nin əvvəlcədən yazılı razılığı olmadan) TCCC və Təşkilatçının adı, loqosu, əmtəə nişanları və ya müəllif hüquqlarının istifadə edilməsinə və ya qeyd edilməsinə dair hüquqlar vermir. İştirakçı TCCC-nin əmtəə nişanlarının etibarlılığını və TCCC-nin mülkiyyət hüququnu qəbul edir və onları heç vaxt sorğulamayacaq.

11.2. İştirakçı TCCC marka hüquqlarına dair şərtlərin müddəalarını pozduqda, İştirakçı Təşkilatçının ilkin tələbi əsasında bu pozuntu ilə əlaqədar Təşkilatçının və və/və ya TCCC-nin və/və ya digər səlahiyyətli təminatçının və/və ya digər ərazidə TCCC əmtəə nişanlı malların distributorunun üzləşdiyi bütün itkilərə dair təzminat təmin etməli və Təşkilatçı da bu təzminatı İştirakçıdan tələb etməlidir.

Bölmə 11 Lotereya müddəti bitdikdən sonra da etibarlıdır. 

BÖLMƏ 12. LOTEREYANIN KEÇİRİLMƏ QAYDALARI

Lotereyanın Keçirilmə Qaydalarını bu Lotereyada iştirak edən satış nöqtələrində və ya internet saytdan əldə edə bilərsiniz.

Lotereya şərtləri barədə ətraflı məlumat lotereya iştirakçılarına elektron formada (elektron poçt ünvanına və ya mobil nömrəyə məlumatın göndərilməsi yolu ilə) təqdim ediləcəkdir.

Əlavə məlumat üçün, lütfən, qaynar xətt nömrəsinə zəng edin: 088 4441 (pulsuz zəng) və ya yuxarıda qeyd olunan internet saytına daxil olun.

HAZIRKI LOTEREYADA İŞTİRAK ETMƏKLƏ BÜTÜN İŞTİRAKÇILAR AVTOMATİK OLARAQ LOTEREYAYA DAİR HAZIRKI QAYDALARIN/ ŞƏRTLƏRİN MƏTNİNİ HEÇ BİR MƏHDUDİYYƏT VƏ İSTİSNA OLMADAN DİQQƏTLƏ OXUDUQLARINA, ANLADIQLARINA VƏ QƏBUL ETDİKLƏRİNƏ DAİR RAZILIQ VERMİŞ HESAB EDİLİRLƏR. 

“COCA-COLA”, “COKE”, “COCA-COLA ZERO”, “COKE ZERO”, Kontur Şüşə və Dinamik Lent “The Coca‑Cola Company”-Nin qeydə alınmış əmtəə nişanlarıdır. © 2023