“Coca‑Cola” Fondunun tərəfdaşlığı ilə “PACT – Dairəvi Gələcək üçün Tərəfdaşlıq” proqramı təqdim olunub

“Coca‑Cola” Fondunun dəstəyi ilə “EcoHub” ekoloji platforması “PACT – Dairəvi Gələcək üçün Tərəfdaşlıq” proqramının təqdimat mərasimini keçirib.

09/03/2025

Bu proqramda məqsədimiz plastik tullantıların toplanması və təkrar emalı sahəsində fəaliyyət göstərən təşəbbüsləri dəstəkləmək, tərəfdaşlıqları genişləndirməklə ölkədə dayanıqlı tullantı idarəçiliyini gücləndirmək və dairəvi iqtisadiyyatı təşviq etməkdir.

Tədbirin açılışında çıxış edən direktorumuz Rəna Məmmədova tullantıların toplanması və çeşidlənməsi üçün dövlət qurumları, gənclər təşkilatları və şirkətlərlə əməkdaşlıq etdiyimizi və bu əməkdaşlığın daha təmiz dünya üçün önəmini vurğulayıb. 

Proqramda əsas istiqamətimiz plastik tullantıların toplanılmasında yeni rəqəmsal texnologiyaların istifadəsidir. Elə bu məqsədlə də tədbirdə “EcoApp” tətbiqini də istifadəyə verdik.

Qlobal Ətraf Mühit və Texnologiyalar Fondu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstək olduğu bu proqramda ümumilikdə 300 ton plastik tullantı toplamağı hədəfləyirik. 

PACT proqramını 5 ölkədə – Türkiyə, Azərbaycan, Səudiyyə Ərəbistan, Qazaxıstan və Özbəkistanda həyata keçiririk. 

Qeyd edək ki, “Coca‑Cola” Fondu olaraq missiyamız “Coca‑Cola” şirkətinin fəaliyyət göstərdiyi ölkələr üzrə icmalarda fərq yaratmaqdır. 1984-cü ildə təsis edildiyi gündən bəri “Coca‑Cola” Fondu bütün dünyada icmaları gücləndirmək missiyasına xidmət edir.