40,000 ağac əkmişik
Ətraf mühitin qorunması və onun inkişafına dəstək olmaq Coca‑Cola şirkəti üçün çox önəmlidir. Bilirsiniz ki, Coca‑Cola məhsullarının tərkibinin ən azı 85%-ni su təşkil edir. Su həm planetimiz üçün, həm də bizim üçün strateji resursdur. Azərbaycanda dəstək olduğumuz ekoloji layihələr ölkədə su ehtiyyatlarının qorunması, yaşıllıq zolaqlarının genişlənməsinə xidmət edir.
Buna parlaq nümunə olaraq ADA Universiteti ilə birgə həyata keçirdiyimiz “Ağac ək, həyata hədiyyə et” layihəsini misal gətirmək olar. Son 3 ildə biz Bakı və Bakı ətrafı ərazilərdə 40,000-dən artıq ağac əkmişik. Əkdiyimiz hər bir ağac damcı-suvarma sistemi ilə təchiz edilib, bu da suvarma zamanı suya əhəmiyyətli dərəcədə qənaət deməkdir. Proqram Coca‑Cola şirkətinin Azərbaycanın ekoloji mühitinin inkişafına töhfəsidir. Bundan başqa, layihə istixana effekti ilə mübarizəyə imkan yaradır, əkilən ağaclar havanı təmizləyir, oksigen həcmini artırır, küçələri sərinlədir, enerjini qoruyur və torpaq eroziyasının qarşısını alır. Bu ağaclar suyun çirklənməsinin qarşısını almağa və su ehtiyatlarına qənaət etməyə də kömək edəcək.