Artıq çəkili və piylənməyə meyilli insanlar sərinləşdirici içkilər qəbul edə bilərmi?

Tərkibində kalori olan qida və içki məhsullarının normadan artıq qəbulu kökəlmə və piylənməyə səbəb olur.

Balanslaşdırılmış həyat tərzi üçün çəkinin tənzimlənməsi önəmlidir. Digər qida məhsullarında olduğu kimi, tərkibində kalori olan içkilərin də qədərində istifadəsinə diqqət yetirmək lazımdır.

İnsanlar istehsal etdiyimiz içki məhsullarımızın dadından zövq alırlar. Amma onlar eyni zamanda qəbul etdikləri kalorinin miqdarını azaltmağa çalışırlar.

Biz onlara tərkibində az miqdarda şəkər və kalori olan, həmçinin şəkərsiz və kalorisiz müxtəlif çeşidli içkilər (məsələn, Coca‑Cola Şəkərsiz) təklif edirik. Bu səbəbdən bəzi içkilərimiz kiçik ölçülü qablaşdırmalarda istehsal olunur.

Biz istehlakçılarımızın rahat seçim edə bilməsi üçün onları istehsal etdiyimiz bütün içki məhsullarımızın tərkibi ilə bağlı məlumatlandırırıq.

Kökəlmə və piylənmə ilə bağlı ətraflı məlumat almaq üçün həkimə müraciət etməyiniz tövsiyə olunur.