Artıq çəkiyə səbəb olmaması üçün gün ərzində neçə Coca‑Cola məhsulu içmək məsləhətdir?
Hər kəsin fərqli həyat tərzi var. Ona görə də bu suala fərdi şəkildə cavab vermək daha düzgün olar. Bildirməliyik ki, Azərbaycan üçün şəkər qəbulu normasını nəzərə almaq lazımdır. Bu bizə qida və içki məhsullarımızın qəbulu miqdarı ilə bağlı istiqamət verəcək. Məlumat üçün deyək ki, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununa istinadən istifadə müddəti 30 sutka və daha çox olan içkilər, o cümlədən şirə tərkibli içkilər üçün şəkərlilik norması 100 sm3-dan çox olmamalıdır.
Balanslaşdırılmış həyat tərzi üçün çəkinin tənzimlənməsi önəmlidir. Digər qida məhsullarında olduğu kimi, tərkibində kalori olan içkilərin də qədərində istifadəsinə diqqət yetirmək lazımdır.
İnsanlar istehsal etdiyimiz içki məhsullarımızın dadından zövq alırlar. Amma onlar eyni zamanda qəbul etdikləri kalorinin miqdarını azaltmağa çalışırlar.
Biz onlara tərkibində az miqdarda şəkər və kalori olan, həmçinin şəkərsiz və kalorisiz müxtəlif çeşidli içkilər (məsələn, Coca‑Cola Şəkərsiz) təklif edirik. Bu səbəbdən bəzi içkilərimiz kiçik ölçülü qablaşdırmalarda istehsal olunur.
Biz istehlakçılarımızın rahat seçim edə bilməsi üçün onları istehsal etdiyimiz bütün içki məhsullarımızın tərkibi ilə bağlı məlumatlandırırıq.
Kökəlmə ilə bağlı ətraflı məlumat almaq üçün həkimə müraciət etməyiniz tövsiyə olunur.