Coca‑Cola içkisinin tərkibində spirt varmı?

Coca‑Cola sərinləşdirici içkisinin tərkibinə spirt əlavə olunmur və onun istehsalı zamanı heç bir fermentasiya baş vermir. Onun tərkibinə daxil olan maddələr və istehsalat diqqətlə tənzimlənir və beynəlxalq qida təhlükəsizliyi orqanları Coca‑Cola içkisinin spirtsiz içki olduğunu təsdiq edirlər.