Coca‑Cola şirkəti piylənmə ilə mübarizə aparmaq üçün nə edir?
Digər qida məhsullarında olduğu kimi, tərkibində şəkər və kalori olan içkilərin də qədərində istifadəsinə diqqət yetirmək lazımdır. Şəkər normal miqdarda qəbul edilərsə, xeyirlidir. Onun normadan artıq istifadəsi isə faydalı deyildir.
Balanslaşdırılmış həyat tərzi üçün çəkinin tənzimlənməsi önəmlidir.
İnsanlar istehsal etdiyimiz içki məhsullarımızın dadından zövq alırlar. Amma onlar eyni zamanda qəbul etdikləri kalorinin miqdarını azaltmağa çalışırlar.
Biz onlara tərkibində az miqdarda şəkər və kalori olan, həmçinin şəkərsiz və kalorisiz müxtəlif çeşidli içkilər (məsələn, Coca‑Cola Şəkərsiz) təklif edirik. Bu səbəbdən bəzi içkilərimiz kiçik ölçülü qablaşdırmalarda istehsal olunur.
Biz istehlakçılarımızın rahat seçim edə bilməsi üçün onları istehsal etdiyimiz bütün içki məhsullarının tərkibi ilə bağlı daim məlumatlandırırıq.