Coca–Cola və dişlər
Tərkibində qatı turşu, şəkər və rəngləndirici olan istənilən içki və qida məhsulundan tez-tez istifadə etmək dişin mina qatında ləkələr yarada, eyni zamanda dişin çürüməsinə və diş emalının eroziyasına səbəb ola bilər. Bu cür qida və içki məhsullarından qədərində istifadə etmək məsləhətdir. Dişlərinizin sağlamlığı üçün isə onların gigiyenasına xüsusi diqqət yetirmək və müntəzəm şəkildə dişlərinizi fırçalamaq lazımdır.