Coca–Cola və kofein
Hər gün milyonlarla insan tərkibində kofein olan qida və içki məhsullarından (məsələn, çay, qəhvə, şokolad və sair) istifadə edir. Əsrlərdir insanlar tərəfindən istehlak edilən kofein ilə bağlı çoxsaylı araşdırmalar aparılıb. Müəyyən edilib ki, kofeinin lazımi miqdarda istifadəsi insan sağlamlığı üçün təhlükəsizdir. Bəzən insanlar qəhvə ilə müqayisədə Coca‑Cola içkisinin tərkibində kofeinin daha az olduğunu öyrənəndə təəccüblənirlər. Biz bilirik ki, heç də hər kəs tərkibində kofein olan içkilər içmir və ya kofein tərkibli içkiləri qida rasionuna tez-tez daxil etmir. Ona görə də biz insanlara geniş seçim imkanı verərək tərkibində kofein olmayan içkiləri (məsələn, məsələn, Bonaqua, Fuse tea, Cappy, Fanta, Sprite) də təklif edirik.