Mən bir dəfə Coca‑Cola içkisini içdikdən sonra 60 dəqiqə ərzində insan orqanizmində baş verən dəyişiklikləri göstərən infoqrafika görmüşdüm. Bəs nəyə görə insanlar hələ də Coca‑Cola içirlər?

130 ildir ki, insanlar istehsal etdiyimiz içki məhsullarımızın dadından həzz alırlar.

Coca‑Cola sərinləşdirici içkisinin tərkibinə şəkər və kofein daxildir. Şəkər və kofein qədərində qəbul edildikdə ziyansızdır. Tərkibində şəkər və kofein olan digər qida və sərinləşdirici içkilər kimi Coca‑Cola da balanslaşdırılmış həyat tərzinə uyğun olaraq içilməli, ifrata varılmamalıdır.

İstehlakçılarımız qəbul etdikləri şəkər və kalorinin miqdarını özləri tənzimləməlidirlər. Biz onlara tərkibində az miqdarda şəkər və kalori olan, həmçinin, şəkərsiz və kalorisiz müxtəlif çeşidli içkilər təklif edirik. Bu səbəbdən bəzi içkilərimiz kiçik ölçülü qablaşdırmalarda istehsal olunur.

Biz istehlakçılarımızın rahat seçim edə bilməsi üçün onları istehsal etdiyimiz bütün içki məhsullarımızın tərkibi ilə bağlı məlumatlandırırıq.