Sərinləşdirici içkilər artıq çəkiyə səbəb olurmu?

İstehsal etdiyimiz müxtəlif çeşidli içki məhsullarının tərkibində kalori mövcuddur. Tərkibində kalori olan qida və içki məhsullarının normadan artıq qəbulu kökəlməyə səbəb olur.

Balanslaşdırılmış həyat tərzi üçün çəkinin tənzimlənməsi önəmlidir. Digər qida məhsullarında olduğu kimi, tərkibində kalori olan içkilərin də qədərində istifadəsinə diqqət yetirmək lazımdır.

İnsanlar istehsal etdiyimiz içki məhsullarımızın dadından zövq alırlar. Amma onlar eyni zamanda qəbul etdikləri kalorinin miqdarını azaltmağa çalışırlar.

Biz onlara tərkibində az miqdarda şəkər və kalori olan, həmçinin şəkərsiz və kalorisiz müxtəlif çeşidli içkilər (məsələn, Coca‑Cola Şəkərsiz) təklif edirik. Bu səbəbdən bəzi içkilərimiz kiçik ölçülü qablaşdırmalarda istehsal olunur.

Biz istehlakçılarımızın rahat seçim edə bilməsi üçün onları istehsal etdiyimiz bütün içki məhsullarımızın tərkibi ilə bağlı məlumatlandırırıq.

Kökəlmə ilə bağlı ətraflı məlumat almaq üçün həkimə müraciət etməyiniz tövsiyə olunur.