Sərinləşdirici içkilər qaraciyərin qeyri-alkoqollu piylənməsinə səbəb olurmu?
Tibb mütəxəssisləri bildirir ki, artıq çəki və ya piylənmə qaraciyərin qeyri-alkoqollu piylənməsi xəstəliyinə tutulma riskini artırır. Tərkibində kalori olan qida və içki məhsullarının normadan artıq qəbulu çəkinin artmasına səbəb olur. Bu da öz növbəsində qaraciyərin qeyri-alkoqollu piylənməsinə gətirib çıxarır.
Balanslaşdırılmış həyat tərzi üçün çəkinin tənzimlənməsi önəmlidir. Digər qida məhsullarında olduğu kimi, tərkibində kalori olan içkilərin də qədərində istifadəsinə diqqət yetirmək lazımdır.
İnsanlar istehsal etdiyimiz içki məhsullarının dadından zövq alırlar. Amma onlar eyni zamanda qəbul etdikləri kalorinin miqdarını azaltmağa çalışırlar.
Biz onlara tərkibində az miqdarda şəkər və kalori olan, həmçinin şəkərsiz və kalorisiz müxtəlif çeşidli içkilər (məsələn, Coca‑Cola Şəkərsiz) təklif edirik. Bu səbəbdən bəzi içkilərimiz kiçik ölçülü qablaşdırmalarda istehsal olunur.
Biz istehlakçılarımızın rahat seçim edə bilməsi üçün onları istehsal etdiyimiz bütün içki məhsullarının tərkibi ilə bağlı daim məlumatlandırırıq.
Qaraciyərin qeyri-alkoqollu piylənməsi ilə əlaqədar ətraflı məlumat almaq üçün həkimə müraciət etməyiniz tövsiyə olunur.