Sərinləşdirici içkilər yüksək qan təzyiqinə səbəb olurmu?
Tibb mütəxəssisləri bildirir ki, tərkibində kalori olan istənilən qida və içki məhsulunun normadan artıq qəbulu çəkinin artmasına gətirib çıxarır. Bu da öz növbəsində yüksək qan təzyiqinə səbəb olur.
Balanslaşdırılmış həyat tərzi üçün çəkinin tənzimlənməsi önəmlidir. Digər qida məhsullarında olduğu kimi, tərkibində kalori olan içkilərin də qədərində istifadəsinə diqqət yetirmək lazımdır.
İnsanlar istehsal etdiyimiz içki məhsullarının dadından zövq alırlar. Amma onlar eyni zamanda qəbul etdikləri kalorinin miqdarını azaltmağa çalışırlar.
Biz onlara tərkibində az miqdarda şəkər və kalori olan, həmçinin şəkərsiz və kalorisiz müxtəlif çeşidli içkilər (məsələn, Coca‑Cola Şəkərsiz) təklif edirik. Bu səbəbdən bəzi içkilərimiz kiçik ölçülü qablaşdırmalarda istehsal olunur.
Biz istehlakçılarımızın rahat seçim edə bilməsi üçün onları istehsal etdiyimiz bütün içki məhsullarının tərkibi ilə bağlı daim məlumatlandırırıq.
Yüksək qan təzyiqi ilə əlaqədar ətraflı məlumat almaq üçün həkimə müraciət etməyiniz tövsiyə olunur.