Sərinləşdirici içkilərdən istifadə diş emalının erozisiyasına səbəb ola bilərmi?

Tərkibində qatı turşu, şəkər və rəngləndirici olan istənilən içki və qida məhsulundan tez-tez istifadə etmək diş emalının eroziyasına, dişin mina qatında ləkələrin yaranmasına səbəb ola bilər. Bu cür qida və içki məhsullarından qədərində istifadə etmək məsləhətlidir. Dişlərinizin sağlamlığı üçün isə onların gigiyenasına xüsusi diqqət yetirmək və müntəzəm şəkildə dişlərinizi fırçalamaq lazımdır. Dişlərinizin sağlamlığını qorumaq üçün stomatoloqunuza müraciət etməyiniz tövsiyə olunur.