COCA‑COLA MÖCÜZƏSİ “SOYUQ ƏLLƏR, İSTİ ÜRƏK” YARMAKASINDA
Coca‑Cola Azərbaycan insanlara xoşbəxt əhval bağışlamaq üçün yarmarkada 15 metr hündürlüyündə ikonik şam ağacını və Şaxta babanın “Möcüzə Evi”ni qurub.
12/10/2022
Coca‑Cola Azərbaycan Yeni İl bayramı ərəfəsində Bakıda ənənəyə çevrilən “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasının əsas tərəfdaşlarındandır.
“Nargis Fund”un təşəbbüsü ilə həyata keçirilən yarmarkada Coca‑Cola Azərbaycan insanlara xoşbəxt əhval bağışlamaq üçün 15 metr hündürlüyündə ikonik şam ağacını və Şaxta babanın “Möcüzə Evi”ni qurub.
Coca‑Cola şirkətinin Qafqaz və Orta Asiya regionu üzrə İctimaiyyətlə Əlaqələr və Kommunikasiya direktoru Elşad Fərzəliyev bildirib ki, Coca‑Cola uzun illərdir, bütün dünyada insanlara Yeni İl bayramı sevincini bəxş edir:
“1920-ci ildən bəri Coca‑Cola hər il Yeni İl bayramı üçün müxtəlif kampaniyalar keçirir, insanlara xoşbəxtlik bəxş edir. Coca‑Colanın məşhur Yeni İl karvanı, reklam çarxları buna misaldır. Həmişəki kimi bu bayramda da birlikdəyik. Belə ki, Azərbaycanda həyata keçirdiyimiz kampaniyaların bir hissəsi olaraq “Soyuq əllər, isti ürək” yarmarkasının tərəfdaşıyıq. İnanırıq ki, bu il də insanlara unudulmaz bayram əhvalı bəxş edəcəyik”.
Qeyd edək ki, artıq 10-cu ildir ki, keçirilən yarmarkada əldə olunan vəsait xeyriyyə məqsədilə sərf olunur.
Xatırladaq ki, dünyanın ən sevilən içki brendi olan Coca‑Cola hər il Yeni İl üçün bir-birindən möhtəşəm kampaniyalar keçirirək Yeni İl möcüzəsinin gəlişini insanların yadına salır. Coca‑Cola Azərbaycan Yeni İl bayramı ərəfəsində “Əsl Möcüzə” şüarı ilə genişmiqyaslı kampaniyaya start verib. Birgə olmağın və bayramı birlikdə qeyd etməyin sehrinə inanan şirkət bayram ab-havasına möcüzəvi anlar qatır.