COCA‑COLA MUSİQİLİ AVTOBUSLA ŞƏHƏR TURU TƏŞKİL EDİB

Milyonlarla insanın sevimli içkisi olan Coca‑Cola Azərbaycanda bu yay şəhər sakinlərinə musiqi möcüzəsi bəxş edib.

08/16/2022

Aksiya çərçivəsində Coca‑Cola brendinqli musiqili avtobusu paytaxt küçələrində gəzinti təşkil edib.

Coca‑Cola-nın musiqili avtobusu 26 İyul - 15 Avqust tarixləri arasında hər gün 16:00-21:00 arasında səyahət təşkil edib.

Park Bulvar AVM-nin parkinq girişindən səyahətə başlayan avtobus iki marşrut üzrə hərəkət edib:

1) Ağşəhər Bulvarı istiqamətində;

2) Bayraq Meydanı istiqamətində.

Musiqi avtobusda səyahət üçün şəhər sakinləri 0.5 L ölçülü qızılı qapaqlı Coca‑Cola Klassik, Coca‑Cola Sıfır Şəkər, Coca‑Cola Sıfır Şəkər Limon Və Laym, Fanta Portağal, Fanta Ekzotik, Fanta Düşes, Sprite məhsullarının altındakı xüsusi promo kod ilə qeydiyyatdan keçiblər.

Qızılı qapağın altındakı unikal kodu 3 vasitə ilə qeydiyyatdan keçirmək olardı:

-“7676” nömrəsinə kodu SMS vasitəsilə göndərmək;

-“music.coca-cola.az” internet saytı vasitəsilə qeydiyyatdan keçmək;

(+994 50 444 76 76) nömrəsinə kodu whatsapp vasitəsi ilə göndərmək.

Gəzintiyə qoşulan qonaqları musiqi alətlərinin ifaları müşayiət edib. Musiqili avtobusun ikinci mərtəbəsində qonaqların da həmin musiqi alətlərində ifa etmək imkanları olub. Birinci mərtəbədə olan fotozonada isə qonaqlar şəkil çəkdirib, həmçinin sevimli mahnılarını karaoke formatında ifa ediblər.

Qeyd edək ki, Dünyanın ən nüfuzlu şirkətlərindən olan Coca‑Cola Azərbaycanda 1994-cü ildən etibarən fəaliyyət göstərir. Coca‑Cola məhsullarının Azərbaycanda istehsalçısı Türkiyənin Coca‑Cola İçecek şirkəti tərəfindən təsis edilən “Azərbaycan Koka-Kola Bottlers LTD” MMC-dir. Ölkənin qeyri-neft sektorunun ilk və ən böyük investorlarından olan Coca‑Cola İçecek 1996-cı ildə Sulutəpə qəsəbəsində istehsal zavodunu qurub.