“Coca-Cola” Azərbaycanda müxtəlif layihələr ilə COVID-19-la mübarizəyə dəstək olur.

COVID-19 İLƏ MÜBARİZƏ LAYİHƏLƏRİ

“Coca‑Cola” Azərbaycanda müxtəlif layihələr ilə COVID-19-la mübarizəyə dəstək olur. Bu layihələr çərçivəsində sosial yardım kampaniyaları keçirilib, əhalinin maarifləndirilməsi, xəstəxanalara tibbi ləvazimatların çatdırılması işləri görülüb.

“Coca‑Cola” Azərbaycanda COVID-19-la mübarizəyə dəstək verir

“Coca‑Cola Azərbaycan” və “ASAN Könüllüləri” Təşkilatının birgə əməkdaşlığı ilə COVID-19 pandemiyası ilə mübarizəyə dəstək olmaq məqsədilə virusun ölkədə yayılmağa başladığı ilk dövrdən -  2020-ci ilin aprel ayından  “Birlikdəyik” layihəsini həyata keçirilməyə başlayıb.

Layihə əhaliyə qida yardımlarının çatdırılması, antiseptik vasitələrin paylanılması, karantin rejimində çalışan həkimlərə müvafiq tibbi ləvazimatların təqdim olunması, eyni zamanda, sosial şəbəkələr vasitəsilə maarifləndirilmə işinin aparılması istiqamətləri üzrə aparılıb. 

Layihə çərçivəsində 4 000-dən çox ailəyə, ümumilikdə 20 000-dən çox əhaliyə qida və gigiyenik yardım qutuları çatdırılıb; 1000 nəfər tibb personalın istifadəsi üçün qoruyucu ləvazimatlar təqdim edilib. Ləvazimatlara 1000 ədəd qoruyucu eynək, 1000 ədəd qoruyucu kombinezon, 3 min şəffaf maska, 21 min əlcək, 7 min baxil və 20 min respirator maska daxildir.

Karantin rejimində çalışan xəstəxanalar üçün 120.000-dən çox su məhsulu paylanılıb; 

Polislərə və xidmət başında olanlara antiseptik vasitələr paylanılıb.

Bunlarla yanaşı, sosial şəbəkələrdə əhalinin maarifləndirilməsi həyata keçirilir. Burada virusdan qorunmağın yolları, simptomlar hiss olunduğu halda atılmalı olan addımlar, ictimai yerlərdə davranış qaydaları kimi məlumatlar paylaşılıb.

Eyni zamanda, əhalinin sıx olduğu yerlərə, həmçinin vətəndaşlara xidmət göstərən mərkəzlərə “ABAD” publik hüquqi şəxs tərəfindən hazırlanan antiseptik vasitələr paylanılıb.

Layihə COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması üçün “Coca‑Cola” ilə əməkdaşlığın davamıdır. 2020-ci ilin aprel ayının əvvəlində “Coca‑Cola Azərbaycan”ın  və “ASAN Könüllüləri” Təşkilatının dəstəyi ilə Azərbaycanda karantin rejimində çalışan xəstəxanalar üçün 120.000-dən çox su məhsulunun çatdırılması təşkil edilib.

“Coca‑Cola Azərbaycan” və “ASAN Könüllüləri” Təşkilatının birgə əməkdaşlığı ilə COVID-19 pandemiyası ilə mübarizəyə dəstək olmaq məqsədilə virusun ölkədə yayılmağa başladığı ilk dövrdən - 2020-ci ilin aprel ayından “Birlikdəyik” layihəsini həyata keçirilməyə başlayıb.

“Bir sifariş – Bir sevinc” sosial kampaniyası 

COVID-19 pandemiyasının aztəminatlı ailələrə və kiçik sahibkarlara təsirini azaltmaq məqsədilə, “Coca‑Cola” şirkəti, “Wolt” və “ASAN Könüllüləri” Təşkilatının əməkdaşlığı ilə “Bir sifariş – Bir sevinc” sosial kampaniyası həyata keçirilib. Kampaniya 2020-ci ilin dekabr ayından start götürüb və 2021-ci ilin aprel ayında yekunlaşıb.

Kampaniya çərçivəsində ehtiyacı olan ailələrə dəstək olmaq istəyənlər “Wolt”da xüsusi menyudan sifarişlər ediblər. Menyuya 20-dən artıq yerli kafe və restoranların yeməkləri daxil edilib. Hər bir sifariş müqabilində bir ailəyə - ümumilikdə 7000-dən çox ailəyə ərzaq yardımı çatdırılıb. Ərzaq yardımının 1500-ü Vətən Müharibəsi dövründə zərərçəkən ailələrə göndərilib.

Layihə çərçivəsində Bakının Keşlə, Suraxanı qəsəbələrində, Sumqayıt, Tovuz, Mingəçevir, İmişli, Sabiarabad, Gəncə, Şamaxı, Bərdə, Masallı şəhərlərində yardımlar çatdırılıb.

Bu maraqlı sosial kampaniyaya qoşularaq ehtiyacı olan ailələrə dəstək olmaq istəyənlər “Wolt” qida çatdırılması tətbiqində yaradılmış “Bir sifariş – Bir sevinc” (Buy one, donate one) bölməsində xüsusi menyudan sifarişlər ediblər. Hər bir sifariş müqabilində “Coca‑Cola” və “ASAN Könülləri” bir ailəyə ərzaq yardımı çatdırıb. 

Beləliklə, bu kampaniya vasitəsilə yemək sifarişi edən hər kəs pandemiya dövründə fəaliyyətinə təhlükə yaranan kafe və restoranlara da dəstək verib.

Layihə geniş əhatə dairəsi və faydalılığı ilə medianın və məşhurların da diqqətini çəkib.

COVID-19 pandemiyasının aztəminatlı ailələrə və kiçik sahibkarlara təsirini azaltmaq məqsədilə, “Coca‑Cola” şirkəti, “Wolt” və “ASAN Könüllüləri” Təşkilatının əməkdaşlığı ilə “Bir sifariş – Bir sevinc” sosial kampaniyası həyata keçirilib.