İDMAN LAYİHƏLƏRİ

İDMAN LAYİHƏLƏRİ

“Coca‑Cola” şirkəti məktəblilər arasında sağlam həyat tərzinin təşviqi və olimpiya ənənələrinin davam etdirilməsi məqsədilə, Azərbaycanın bütün regionlarından olan məktəbləri əhatə edən idman layihələri həyata keçirir.

08/19/2021

“Olympic Moves” layihəsi

Beynəlxalq Olimpiya Komitəsinin ümumdünya tərəfdaşı olan “Coca‑Cola” şirkəti, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə məktəblilərin idman yarışı - “Olympic Moves” layihəsi həyata keçirilib.

Proqram ümümtəhsil məktəblərində bədən tərbiyəsi və idmanın şagirdlər arasında kütləviləşdirilməsi, olimpiya idman irsinin davam etdirilməsi məqsədi daşıyıb. 

Məktəblilər proqrama daxil olan 5 idman növü: voleybol 2x2, basketbol 3x3, badminton, atletika və velosiped idmanı üzrə yarışıblar.

"Olympic Moves" layihəsi

“Olympic Moves” proqramının Azərbaycanda icrasına 2015-ci ildə başlanılıb və bu proqram məktəblilərə sağlam və aktiv həyat tərzinin təşviqində əhəmiyyətli rol oynayıb. Proqramın sonuncu mövsümü 2019-cu ildə tamamlanıb. Yarışların qaliblərini təşkilatçı qurumların rəsmiləri təltif edib. Qaliblərə kubok, diplom və medallarla yanaşı, həvəsləndirici hədiyyələr də təqdim olunub.

Sonuncu mövsümə əsasən, 2019-cu il Bakı şəhəri üzrə 12 rayondan ümumilikdə 291 məktəb yarışlara qoşulub. Məktəbdaxili mərhələdə yarışan məktəblilərin sayı isə 13 min nəfərdən çox olub.

Proqram icra olunduğu müddətdə ümumilikdə 100 minə yaxın məktəblini əhatə edib.

“Məktəbli kuboku” proqramı

“Coca‑Cola” şirkəti, Təhsil Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) əməkdaşlığı ilə məktəblilərin futbol turniri - “Coca‑Cola Məktəbli kuboku” layihəsi həyata keçirilib.

Layihə məktəblilərin sosial və fiziki inkişafı, ölkədə futbolun kütləviliyinin təmin olunması, uşaq futbolunun tərəqqisi və ümumilikdə, məktəblilərin fəal və sağlam həyat tərzinə cəlb edilməsi məqsədi daşıyıb.

 "Olympic Moves" programında futbol oynayan iki gənc oğlanların görüntüsü

2009-cu ildən etibarən keçirilən “Coca‑Cola Məktəbli Kuboku” turniri 2011-ci ildən Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və “Coca‑Cola” şirkəti tərəfindən Təhsil Nazirliyinin dəstəyi ilə təşkil olunur.

Ölkənin ən kütləvi məktəbli layihəsi olan “Coca‑Cola Məktəbli Kuboku”nda təkcə 2018-2019-cu il mövsümünün məktəbdaxili mərhələsində 100 minə yaxın məktəbli iştirak edib. Ümumilikdə, layihə Azərbaycanın 76 şəhər və rayonundan olan 2000-dən artıq məktəbi əhatə edib.

Qalib komandaların üzvlərinə kubok, medal, xatirə hədiyyələri, turnirin "Ən yaxşı oyunçu", “Ən məhsuldar oyunçu”, “Fair play” nominasiyaları üzrə mükafatlar təqdim olunub.