EKOLOJİ LAYİHƏLƏR

“Coca‑Cola” Şirkəti Azərbaycanda yaşıllıq zolaqlarının mühafizəsi və bərpası, çimərlik və şəhərdaxili ərazilərin tullantılardan təmizlənməsi, əhalini təkrar emala təşviq məqsədilə Azərbaycanda müxtəlif ekoloji layihələr həyata keçirir.

08/19/2021

“Ağac ək, həyata hədiyyə et” layihəsi

“Coca‑Cola” şirkətinin ADA Universiteti ilə birgə 2014-cü ildən bəri həyata keçirdiyi “Ağac ək, həyata hədiyyə et” layihəsi Azərbaycanın müəyyən olunmuş ərazilərində təmiz su ehtiyatlarının qorunmasına və təchizinə nail olunması üçün kütləvi meşəsalmanı və ağaclandırmanı təbliğ etməkdədir.

"Coca‑Cola" şirkətinin tam maliyyələşdirdiyi layihə ADA Universitetinin Xəzər Energetika və Ətraf Mühit Mərkəzi tərəfindən icra olunur.

“Coca‑Cola” şirkətinin ADA Universiteti ilə birgə 2014-cü ildən bəri həyata keçirdiyi “Ağac ək, həyata hədiyyə et” layihəsi Azərbaycanın müəyyən olunmuş ərazilərində təmiz su ehtiyatlarının qorunmasına və təchizinə nail olunması üçün kütləvi meşəsalmanı və ağaclandırmanı təbliğ etməkdədir.

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəklədiyi layihədə tərəfdaşlar 2020-ci ilədək 100 min ağacın əkilməsini təmin edib.

Layihənin birinci mərhələsi çərçivəsində ADA Universitetinin tələbələri və əməkdaşları Tofiq Bəhramov adına Respublika stadionunun ətrafında 100-dən artıq ağac əkiblər. Bununla, cəmiyyətdə sosial məsuliyyət prinsipini təbliğ edən, eləcə də "qızıl üçlük" (dövlət, biznes və vətəndaş cəmiyyəti) arasında əməkdaşlığın önəminə əsaslanan layihənin başlanması simvolik olaraq qeyd edilib.

Şirkət Bakı və ətraf ərazilərdə 40.000-dən artıq ağac əkib. Əkilən hər bir ağac damcı-suvarma sistemi ilə təchiz edilib ki, bu da suvarma zamanı suya əhəmiyyətli dərəcədə qənaət deməkdir.

Ağac əkməkdən əlavə, layihənin məqsədi, müxtəlif təbliğat yolları ilə, o cümlədən elmi-tədqiqat işləri və nəşrlər vasitəsilə ictimai məlumatlılığı artırmaqdır. Layihə bir-birinə yaxın yerləşən bəzi müəssisələri ətraf mühiti qorumaq məqsədilə bir araya gətirməklə, yaxşı qonşuluq münasibətlərini də təmin edir.

Sahilyanı təmizlik kampaniyası

“Coca‑Cola” şirkəti çimərliyin və suyun çirklənməsinin qarşısını almaq məqsədilə, bütün dünya üzrə hər il sentyabr ayının son şənbə günü keçirilən Beynəlxalq Sahilyanı Təmizlik Gününü dəstəkləyir. “Coastal Cleanup”, yəni, “Sahilyanı Təmizlik” kampaniyası dünyada ətraf mühitin qorunması üzrə ən böyük könüllü hərəkatıdır. “Coca‑Cola”nın təqdim etdiyi bu ekoloji kampaniya artıq Azərbaycanda ənənəyə çevrilib. Hər il sentyabr ayında “Coca‑Cola” şirkətinin əməkdaşları, dostları, onların ailələri, bir sözlə, hər bir kəs Xəzər dənizi sahilinin tullantılardan təmizlənməsində iştirak edir. Yüzlərlə iştirakçının qoşulduğu tədbirin keçirilməsində məqsəd ölkədə ekoloji durumun yaxşılaşdırılması, əhalinin maarifləndirilməsi və ətraf mühitə məsuliyyətlə yanaşma prinsiplərini təbliğ etməkdir. 

“Coca‑Cola” şirkəti çimərliyin və suyun çirklənməsinin qarşısını almaq məqsədilə, bütün dünya üzrə hər il sentyabr ayının son şənbə günü keçirilən Beynəlxalq Sahilyanı Təmizlik Gününü dəstəkləyir.

Azərbaycanda artıq 10 ildir keçirilən aksiya Sumqayıt, Buzovna, Nardaran, Mərdəkan və Bilgəh çimərliklərini əhatə edib və analoji aksiyalarda 45 hektaradək çimərlik ərazisi 35 tondan çox məişət tullantısından təmizlənib.

Son 30 il müddətində dünyanın 100-dən çox ölkəsi hər il sentyabr ayında Beynəlxalq Sahilyanı Təmizlik Gününü qeyd edir. Təmizlənən ərazilərdən toplanan tullantılar qeydə alınır, məlumatlar “Ocean Concervancy” beynəlxalq təşkilatına göndərilir. Həmin məlumatlar isə, öz növbəsində, dünya su hövzələrinin təmizlənməsi haqqında ölkələr üzrə beynəlxalq hesabatlarda əks olunur.

“Təmiz Sumqayıt” ekoloji layihəsi

Sumqayıt şəhərində 2020-ci ildən etibarən keçirilən, ekologiyanın mühafizəsinə xidmət edən irimiqyaslı “Təmiz Sumqayıt” pilot layihəsinin təşəbbüskarı və tərəfdaşı “Coca‑Cola” şirkətidir. Layihə Sumqayıt sakinlərini tullantıların çeşidlənməsinə və təkrar emala göndərilməsinə cəlb etmək məqsədi ilə həyata keçirilir. 

Layihə çərçivəsində şəhərdə şüşə, kağız, plastik və metal tullantıların çeşidlənməsi üçün konteynerlər yerləşdirilib və şəhər sakinləri arasında maarifləndirmə işi aparılıb.

“Təmiz Sumqayıt” layihəsi Coca‑Cola şirkəti ilə yanaşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, “ASAN Könüllüləri” Təşkilatının və ölkədə fəaliyyət göstərən Carlsberg, Unilever, Danone kimi tanınmış şirkətlərin birgə əməkdaşlığı ilə baş tutur.

Layihə “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018–2022-ci illər üçün Milli Strategiya”ya uyğun hazırlanıb.

Layihə İstehsalçıların Genişləndirilmiş Məsuliyyətinə (EGM) əsaslanan qablaşdırma tullantılarının toplanılması, çeşidlənməsi və yenidən emalı məqsədilə həyata keçirilir.

Sumqayıt şəhərinin bir neçə məhəlləsini əhatə edən layihə 4 növ tullantının – şüşə, kağız, plastik və metalın çeşidlənərək müxtəlif konteynerlərdə toplanılmasını və yenidən emal müəssisələrinə göndərilməsini nəzərdə tutur.

Layihə “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018–2022-ci illər üçün Milli Strategiya”ya uyğun hazırlanıb.

Layihə çərçivəsində əvvəlcə Sumqayıt sakinləri arasında anket sorğuları keçirilib və əhalinin tullantıların çeşidlənməsinə, təkrar emalına dair məlumatlılığı öyrənilib. Əldə olunan nəticələrə əsasən, məişət tullantılarının çeşidlənməsini təbliğ etmək məqsədilə müxtəlif təhsil müəssisələrində və əhali arasında maarifləndirmə tədbirləri təşkil edilib.

“Təmiz ölkəm” layihəsi

Coca‑Colanın “Tullantısız Dünya” proqramına uyğun olaraq tullantıların ətraf mühitə təsirini azaltmaq üçün Azərbaycanda “Təmiz Ölkəm” layihəsi keçirilir.

Layihə “Coca‑Cola” Fondu, ADA Universiteti, “ADA Universiteti” Fondu və “AzEkol” şirkətinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə icra olunur.

İnsanlar arasında maariflәndirmә işləri aparmaq, cəmiyyətdə təkrar istehsal ənənəsini formalaşdırmaq, plastik qabların toplanaraq tәkrar istehsala göndәrilməsini təbliğ etmək məqsədilə həyata keçirilən layihəyə 15 mart 2019-cu ildə start verilib.

“Coca‑Cola” Fondunun, ADA Universitetinin, ADA Universiteti; Fondunun və “AzEkol” şirkətinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi iləTəmiz ölkəm layihəsi həyata keçirilib.

Layihə çərçivəsində Bakı şəhəri, Suraxanı rayonu 74 saylı məktəbin V - VIII sinif şagirdləri arasında müsabiqə də təşkil olunub.

Müsabiqənin davam etdiyi müddətdə "Təmiz ölkəm" layihəsi adından ADA Universitetinin nümayəndələri dərslərə qatılaraq şagirdlərə layihə, onun məqsədləri, plastik tullantıların yenidən emala cəlb edilməsi və sağlam ekoloji mühitin yaradılmasında hər bir vətəndaşın məsuliyyəti barədə ətraflı məlumat veriblər. Müsabiqədə şagirdlər plastik tullantıların yenidən istifadəyə və yenidən emala göndərilməsinin önəmini göstərən müxtəlif təqdimatlar, əl işləri və təkliflərlə çıxış ediblər.

“Təmiz ölkəm” layihəsi çərçivəsində ağacəkmə aksiyası da keçirilib. Aksiyaya ümumilikdə 100-dən çox iştirakçı qatılıb və 250-yə qədər ağac əkilib.

2022-ci ilin 12 ayı ərzində layihə çərçivəsində toplanaraq təkrar emala yönləndirilən plastik kütlənin həcmi 52 tondan çox olub.

HORECA Pet Collection layihəsi

Coca‑Cola Azərbaycan, “ASAN Könüllüləri” Təşkilatı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə əməkdaşlığı ilə Bakıda HORECA Pet Collection ekoloji layihəsi keçirilir.

HORECA Pet Collection layihəsi

Coca‑Cola-nın “Tullantısız Dünya” proqramının tərkibində icra olunan layihənin məqsədi HORECA (hotel, restoran, kafe) üzrə fəaliyyət göstərən müəssisələrdən plastik tullantıları toplayaraq təkrar emala yönləndirmək və bu xammalın ətraf mühitə təsirini azaltmaqdır.

Layihə Bakı, Abşeron, Sumqayıt, Mingəçevir və Qəbələni əhatə edir.

İlkin dövrlərdə restoranlarla icra olunan layihəyə Bakının ən iri ticarət mərkəzləri, kinoteatrları, ali təhsil müəssisələri də qoşulub. Müəssisələrə plastik tullantılar üçün qutular yerləşdirilib, həmçinin insanların maarifləndirilməsi üçün müxtəlif məlumatlandırıcı vasitələr paylanılıb.

Qeyd edək ki, “Tullantısız Dünya” proqramı çərçivəsində Coca‑Cola 2030-cu ilə qədər bazara çıxardığı bütün qablaşdırmaları toplayıb təkrar emal etməyi hədəfləyir.